İstirahət mərkəzlərinə gedərkən COVID pasportu tələb oluna bilərmi? - AÇIQLAMA
16-06-2021, 13:05
48

İstirahət mərkəzlərinə gedərkən COVID pasportu tələb oluna bilərmi? - AÇIQLAMA

Azərbaycanda istirahət mərkəzlərində fəaliyyət göstərən hovuzlarda virusun və ya xəstəliyin kütləvi yayılması geniş müzakirə olunan məsələlərdəndir.
Bəzi şəxslər hovuzlara getməkdə ehtiyatlanır və virusa yoluxmaqdan qorxurlar.
Məsələnin sosial şəbəkədə geniş müzakirə olunmasını nəzərə alaraq iddialara ekspert cavabı almaq qərarına gəldik. Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlaması zamanı insanları ehtiyatlı olmağa çağırıb:
"Azərbaycanda karantin hələ bitməyib. Biz hələ bilmirik ki, dördüncü dalğa olacaq, yoxsa yox. İnsanlar bu şeylərin fərqində deyillər. Bəzi məsələlər var ki, təəssüflər olsun ki, hələ öz həllini tapmayıb. Bütün günü restoranlar işləyir, orada insanlar maskasız saatlarla əyləşirlər. Yoluxma potensialı həmişə var".
Amma ölkədə dördüncü dalğa başlayarsa, epidemioloji vəziyyət pisləşərsə, karantin yenidən sərtləşə bilər. İnsanlar bunu nəzərə almalıdırlar. Vəziyyət stabilləşməkdə davam edərsə, sosial həyatın ayrı-ayrı sahələrində yumşaldılma ola bilər. Hətta kütləvi tədbirlərin keçirilməsinə də icazə verilə bilər.
O ki qaldı insanların hovuzlardan istifadə etməsinə bunu deyə bilərəm ki, hovuzlarda yoluxdurma göstəricisi restoranlardan çox deyil. Virus əsasən hava damcı yolu ilə yoluxur. Amma hovuzlarda xlorlu su olur. Virus xlorlu suya düşən kimi deformasiyaya uğrayır və yoluxdurma qabiliyyəti aşağı düşür.
İstirahət mərkəzlərinə daxil olarkən insanlardan COVID pasportu tələb olunmasına ehtiyac yoxdur. Yaxşı olardı ki, istirahət mərkəzlərinə gələn insanların temperaturu yoxlanılsın və xəstəlik əlamətlərinin olub-olmamasına diqqət yetirilsin".

Oxşar xəbərlər

Ramazan ayında bu qadağalar tətbiq oluna bilər
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
Türkiyədən sonra Azərbaycan da 2 həftəlik sərt karantin rejiminə keçir? - AÇIQLAMA
Ən azı 20 gün sərt karantin: Vəziyyət gərginləşir…
Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR
Karantin rejimi ilə bağlı açıqlama: “İyun ayına qədər...”
Metro, “mall”lar və idman zallarının fəaliyyəti nə vaxt bərpa olunacaq?
Aprelin 1-dən karantin sərtləşdirilir? - "Mütləq sərt tədbirlərə gedilməlidir"
Karantin rejimini sərtləşdirmək lazım deyil - Qapanma ilə bağlı AÇIQLAMA
"Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər" - Açıqlama
Xəstəxanalar dolur, yoluxma sürətlə artır - Sərt qapanma olacaq?
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
Rəsmən üçüncü dalğa qeydə alınıb...
Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər
Gələn həftədən karantin yenidən sərtləşdiriləcək - AÇIQLAMA
Ruhani: Koronavirusun dördüncü dalğası başlaya bilər
Azərbaycanda virusun üçüncü dalğası yarana bilər - XƏBƏRDARLIQ
Operativ Qərargahın bu tələbi narazılıq yaradıb: “İnsanlar bezib“
Bayram məhdudiyyətləri ilə bağlı AÇIQLAMA
“Bayram ziyarətləri yoluxma sayını artıracaq“ - Bədbin proqnoz
Vəziyyət çox pisləşə bilər... - Koronavirus xəbərdarlığı
“Türkiyədə 4-cü dalğa başlaya bilər“ - Həkim
Vaksinasiya olunmuş şəxslərə müəyyən imtiyazlar verilə bilər - Həkim rəyi
Azərbaycanda yenidən qapanma ola bilərmi? - AÇIQLAMA - VİDEO
İstirahətə getmək istəyənlərin NƏZƏRİNƏ! Bu qadağa ləğv oluna bilər
Ramazan bayramında rayonlara gediş-gəliş bağlanacaq? - AÇIQLAMA
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
Toyların bu tarixdən keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA
Baş infeksionistdən çimərliklərlə bağlı VACİB AÇIQLAMA
Novruzda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA