Xətai icra hakimiyyətindən şübhəli tender - Şirkət yaranmamış necə fəaliyyət göstərib?
16-06-2021, 14:41
61

Xətai icra hakimiyyətindən şübhəli tender - Şirkət yaranmamış necə fəaliyyət göstərib?

Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) yumşaq inventar və xüsusi geyimlərin satın alınması üzrə elan etdiyi müsabiqənin qalibini açıqlayıb. 
HİT.Az xəbər verir ki, qalib şirkət “Koneks Consturction” MMC-dir. Satınalma müqaviləsinin maliyyə dəyəri 80 499.6 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur. 
Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur. “Koneks Constructions” MMC-yə gəlincə, şirkət bundan əvvəl də tenderlərdə iştirak edib. 
MMC 25 fevral 2021-ci il tarixdə Bakı Dövlət Universiteti ilə 172 601.81 AZN,  martın 12-də 155 257.04 AZN, may ayında isə Nəsimi rayon MKTB ilə 202 379. 50 AZN dəyərində satınalma müaviləsi imzalayıb. Mediada gedən məlumatlara görə, həmin vaxt şirkətin 904 AZN vergi borcu olub. “Dövlət Satınalmaları haqqında” qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Amma hansısa səbəbdən bu qanun “Koneks Construction” MMC-yə aid edilməyib. 
Açıq mənbələrdə qeyd edilir ki, şirkət 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Təsərrüfat malları, dəftərxana ləvazimatları, xüsusi geyimlərin satışı ilə məşğul olan və 2019-cu ildə yaradıldığı qeyd edilən şirkətin 2016-cı ildən inşaat sektorunda necə fəaliyyətdə olması maraq doğurur. 

Oxşar xəbərlər

Neftçalanı “işıqlandıran” 2 aylıq şirkət kimindir? – Mirhəsən Seyidovun 18 min manatlıq şübhəli müqaviləsi
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
Nazirlik 48 min manata bayraq aldı
Qoşqar Təhməzovun 50 minlik piarı - İLGİNC FAKT
Eldar Əzizovdan 6 milyonluq şübhəli müqavilə
Mingəçevirdə tender maxinasiyaları - İlham İsmayılov dövlət büdcəsini belə dağıdır
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müvaqilə
Şabranda yarım milyonluq şübhəli tender – Vergi borcu olan şirkət necə qalib olub?
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Ramiz Mehdiyev 34 minlik dəftərxana ləvazimatı alır - Akademiyadan şübhəli müqavilə
“Azərenerji” yeni yaranan şirkətə niyə 1 milyonluq sifariş verib?
Sadıq Sadıqovun 17 min manatlıq hesabatı – 6 manatlıq şirkətlə müqavilə
BNA 2.8 milyonluq “zapçast” alır
Yarım milyon vergi borcu olan şirkətlə daha bir müqavilə – Qəbələdə şübhəli tender
Baş Səhiyyə İdarəsindən şübhəli tender - Əlövsət Orucov şirkətin adını niyə dəyişdirib?
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
300 minlik müqavilədə vergi saxtakarlığı - Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
Sahil Babayev 1000 manata portret alır
Əhməd Əhmədzadənin 2 manatlıq şirkətlə sövdələşməsi - Şübhəli tenderlər
İradə Gülməmmədovanın 1.3 milyon ödəyəcəyi şirkət kimindir? - Şübhəli tender
Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib? - Xətaidə tender maxinasiyası
Baba Rzayevin "Azərişıq"dakı LƏPİRLƏRİ... - Tender-mender oyunu...
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
"Azərişıq”ın milyonları “yeyən” ağacları – 639 minlik tenderin izi ilə
Vergi borcu olan şirkətlə 5 milyonluq müqavilə imzalandı - “Azərsu”dan qanundankənar əməliyyat
Şübhəli tenderlərdə iştirak üçün yaradılmış şirkət... - Gədəbəyin icra başçısı onu niyə qalib edir?
Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri