Yüksək vəzifəyə təyin olunan Nailə Rəhimova kimdir? - DOSYE
16-06-2021, 15:46
59

Yüksək vəzifəyə təyin olunan Nailə Rəhimova kimdir? - DOSYE

"Azərxalça" ASC-də baş mühafiz vəzifəsinə təyinat olub.
Bu vəzifəyə Əməkdar Mədəniyyət işçisi Nailə Rəhimova gətirilib.
O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakultəsini bitirib, 1977-ci ildə Nəriman Nərimanovun xatirə muzeyində elmi işçi vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb, 1981 –ci ildən həmin muzeydə baş mühafiz vəzifəsində çalışıb. 1994-2020 illərdə Azərbaycan Milli İncəsənət muzeyində baş mühafiz vəzifəsini icra edib. Burada çalışdığı illərdə müxtəlif dünya əhəmiyyətli muzeylərdə araşdırmalar aparıb (Tretyakov qalereyası, Ermitaj, Şərq xalqaları muzeyi, Rus muzeyi və s.), bir neçə muzey albomunun və tədris vəsaitinin müəllifidir. 2003 ildən Beynəlxalq muzey komitəsi Azərbaycan bölməsinin və eyni zamanda CAMOC-un (şəhərlərin tarixi muzeyi) üzvü kimi komitəsinin xətti ilə Avstriya (Vyana), Koreya (Seul), Türkiyə (Stambul), Rusiya (Moskva, Sankt-Peterburq) Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəçisi olub. İKOM-un yerli komitəsində "Reqionlar arası əlaqələr" sektoruna rəhbərlik edərək rayon və Bakı muzeylərinə metodiki və praktiki köməklik göstərib. Həmçin 15 il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "sənətşünaslıq" fakultəsində "muzey və arxiv işlərinin əsası" fənnindən, müxtəlif illərdə ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyi nəzdində mədəniyyət işçilərinin təkminləşdirmə kursunda dərs deyib. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən Fəxri Fərman ilə təltif olunub. 20 may 2013 -cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülüb. Fəaliyyəti dövründə N.Rəhimova bir çox beynəlxalq konfrans və sərgilərin təşkilində yaxından iştirak edib./Metbuat.az/

Oxşar xəbərlər

“Azərxalça”da yeni TƏYİNAT
Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat etdi
Əməkdar mədəniyyət işçisi koronavirusdan vəfat etdi
Tarix Muzeyinə yeni direktor seçildi - FOTO
Azərbaycanın xalq rəssamı vəfat etdi
Əməkdar rəssam Rafael Abbasov vəfat edib
Mədəniyyət nazirindən yeni TƏYİNAT
Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE
Həbs olunan "Azərxalça" ASC-nin sədri Vidadi Muradov kimdir? - DOSYE
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
Kafedra müdiri koronavirusdan vəfat edib
Əməkdar mədəniyyət işçisi VƏFAT ETDİ
“Azərxalça” ASC-də yeni təyinat - FOTO
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Yeni mədəniyyət naziri kimdir? - DOSYE
Hafiz Paşayevin doğum günüdür
Faiq Ağayev sədr müavini təyin olundu
Həbs edilən 40 yaşlı direktorun DOSYESİ
"Space" kanalına təyin olunan yeni rəhbər kimdir? - DOSYE
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
İnstitut direktoru VƏFAT ETDİ
Heydər Əliyev Sarayına direktor təyin olundu (FOTO)
Bu universitetin iki dosenti vəfat etdi
Azərbaycanda sabiq nazir vəfat etdi
Mədəniyyət Nazirliyində yeni TƏYİNAT
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Prezidentin rəis təyin etdiyi Azad Cəfərli kimdir? - DOSYE
Daha bir yüksək vəzifəyə təyinat oldu
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Səhiyyə Nazirliyinin baş nevroloqu vəfat etdi