"İşğal olunmuş ərazilərdəki bütün mədəni və dini abidələrimiz məqsədli şəkildə dağıdılıb"
16-06-2021, 16:11
48

"İşğal olunmuş ərazilərdəki bütün mədəni və dini abidələrimiz məqsədli şəkildə dağıdılıb"

"Ermənistan 30 illik işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün mədəni və dini abidələrimizi məqsədli şəkildə dağıdıb. Ermənistanın işğalı altında olmuş ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, iki məscidə isə ciddi zərər dəyib və onlar təhqir edilib".
Bu fikirləri Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısında çıxışı zamanı deyib.
"Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm. Orada Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv olunması və darmadağın edilməsi öz əksini tapıb. İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib. Fürsətdən istifadə edərək, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osayminə aprel ayında ölkəmizə səfər etdiyinə və Qələbəmizlə bağlı səmimi təbrikinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Baş katib vəzifəsində o, Azərbaycana altı dəfə səfər edib. Bu, onun ölkəmizə olan dəstək və ehtiramının təzahürüdür. Baş katib İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun artması və üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi işinə böyük töhfə verib" - Prezident vurğulayıb.
İlham Əliyev bildirib ki, bu il İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri, habelə ICESCO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib və Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmin şahidi olub: "Biz Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz".

Oxşar xəbərlər

İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı ÇIXIŞI
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Ermənilər 400-dən çox abidəmizi dağıdıb - XİN bəyanat yaydı
Dünya miqyaslı mədəniyyət tarixinə Ermənistandan böyük zərbə
Məscidlərdə donuz saxlanılması faktı beynəlxalq mediada
Heydər Əliyev Fondu Qarabağdakı dini abidələrimizin bərpasına başlayır
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi
Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab
"Avropa Şurası səssiz qalma, gəl gör buranı!" - İlham Əliyev
“Bircə yolumuz var- hərbi gücdən istifadə edib düşməni dayandırmalıyıq” - YOXSA...
"Azad olunmuş ərazilərimizdə dini və mədəni irsimiz də məhv edilib" - Prezidentin köməkçisi
"Pakistan ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına qoşulacaq" - Ali Baş Komandan
Ermənilər işğal edilmiş ərazilərdə 70 məscidi DAĞIDIBLAR
Ermənistan Azərbaycan kitabxanalarına 20 milyon dollar zərər vurub
Azərbaycan Sakit Okean Alyansının forumuna qatılıb
Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəklədi
“Hər şey məhv olub” – İlham Əliyev
Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir
"Digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik" - Prezident
Şuşada 11 məscid yox edilib
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb - Hikmət Hacıyev
İranın Şuşa təbriki
Ermənilər Qubadlıdakı məsciddə də donuz saxlayıb - Video
Pənahəli xanın sarayı erməni vandalizminə məruz qalıb - FOTO
Şuşa bütün regionun mədəni paytaxtına çevrilə bilər - Prezident
Bu şəxslər kütləvi dini ibadət və mərasimlər apara biləcək
Prezidentin Şuşa ilə bağlı tapşırığı…
İşğaldan azad olunan ərazilərə vurulan zərər müəyyənləşdirilir
Qarabağ və ətraf rayonlarda dağıdılan məscidlərin sayı açıqlanıb
Azərbaycan və İran razılığa gəldi