UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi - FOTOLAR
18-06-2021, 19:14
51

UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi - FOTOLAR

İyunun 17-də Qarabağın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış UNEC-in tələbəsi Əsəd Əsədlinin ad günü idi, şəhidimiz 26 yaşını cənnətdə qeyd edirdi.
UNEC-in rektoru professor Ədalət Muradov, şəhidin təhsil aldığı Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və Əsəd Əsədlinin ailə üzvləri ad günü münasibətilə II Fəxri Xiyabanda şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhid məzunun əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.
Sonra rektor Ədalət Muradov Əsəd Əsədlinin diplomunu şəhidin məzarı önündə onun ailəsinə təqdim edib. UNEC məzununun rəssam tərəfindən çəkilmiş portreti xatirə olaraq  ailəsinə verilib.
Rektor torpaqlarımız azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsinin xalqımızın, UNEC ailəsinin qəlbində daima yaşayacağını bildirərək, onlarla fəxr etdiyini və valideynləri qarşısında baş əydiyini deyib. UNEC-in şəhid olan tələbə və məzunlarının adlarının əbədiləşdirilməsi məqsədilə universitetdə memorial kompleksin yaradıldığını, təhsil aldıqları auditoriyalara onların adlarının veriləcəyini, şəhidlərimiz haqqında kitabların dərc olunacağını vurğulayıb. Rektor şəhid ailələrinin hər bir üzvünün UNEC kollektivi üçün dəyərli olduğunu diqqətə çatdırıb. Bildirib ki, Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qəhrəman oğulları yad etmək, şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək, ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin ən müqəddəs borcudur.
Şəhidin babası Əsədin ən böyük arzusunun torpaqlarımızı azad görmək olduğunu deyib. Onun bu amal uğrunda Vətən müharibəsi başladığı elə ilk gündən bir an belə tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollandığını, noyabrın 8-dən 9-na keçən gecə Xocavənd uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıqla vuruşduğunu, 21 döyüş yoldaşını ölümün pəncəsindən xilas edərək  şəhidlik zirvəsinə ucaldığını bildirib.
İgid döyüşçü Əsəd Əsədli ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi- FOTOLAR

UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi- FOTOLAR

UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi- FOTOLAR

UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi- FOTOLAR

UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi- FOTOLAR

UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi- FOTOLAR

Oxşar xəbərlər

Şəhidin doğum günü ərəfəsində körpəsi dünyaya gəlib - FOTOLAR
UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir
Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlandı
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
Bu gün Vətən müharibəsi şəhidi Xəqani Məmmədovun cənnətdəki ilk doğum günüdür
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
Novruz Aslanov şəhidimizin məzarını ziyarət etdi - FOTO
DOST mərkəzinin əməkdaşları şəhid ailəsinə baş çəkiblər
Türkiyənin yeni səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
ICESCO-nun Baş direktoru Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
“Oğlum şəhid olan gün saatım dayandı” - Video
General-mayor Polad Həşimovun məzarı ziyarət edildi
Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilov dəfn edildi — FOTOLAR
Binəli Yıldırım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Prezidentlər Heydər Əliyevin məzarını ziyarət ediblər
Suraxanı İH-dən şəhid ailəsinə dəstək - Fotolar
Məhəmməd Əmin Rəsulzadənin məzarı ziyarət edilib
Dövlət Komitəsi Ümummilli liderin məzarını ziyarət etdi
Daha bir şəhidin övladı dünyaya gəlib
Gənclər şəhidlərimizi ziyarət ediblər
Şuşa uğrunda döyüşərək şəhid olan müəllim - FOTO
Suqovuşanda şəhadətə qovuşan igidimiz - “Şəhid olacağını bilirdi...“
Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? - Şəhidin məzarı hələ də götürülməyib
Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi
Göyçayda şəhid ailəsi çıxılmaz durumda... - NARAZILIQ...
Suraxanıda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib - Fotolar
Şəhidimizin ailəsinə yazdığı son məktub