Polis avtobusa maskasız minən sərnişinləri cərimələdi – FOTO + VİDEO
18-06-2021, 17:09
47

Polis avtobusa maskasız minən sərnişinləri cərimələdi – FOTO + VİDEO

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində aparılan məqsədyönlü tədbirlər nəticəsində əldə edilən uğurların qorunub saxlanılması üçün paytaxt ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Paytaxtın Suraxanı, Nizami, Nəsimi, Binəqədi, Yasamal, Nərimanov və Xətai rayonlarında polislər tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polislər həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
"Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.
Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar", - Mətbuat xidmətindən bildirilib.
 

Oxşar xəbərlər

Polis karantini pozanları belə cərimələdi - VİDEO
Bakıda tibbi maskalardan düzgün istifadə etməyənlər cərimələndi
Polis Cəlilabadda reyd keçirib
Maskadan istifadə etməyənlər CƏRİMƏLƏNDİ
Gəncədə reyd keçirilib
Siyəzəndə profilaktiki tədbirlər davam edir
Polis karantin qaydalarına nəzarəti gücləndirdi
Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib
Karantini pozan 533 şəxs inzibati məsuliyyətə cəlb olunub
Karantin qaydalarını pozanlara qarşı reyd keçirilib - Fotolar
Polis maskadan istifadəyə nəzarəti gücləndirib
Mingəçevirdə yol polisi ictimai nəqliyyatda reyd keçirib
Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq - BNA
Maska ilə bağlı daha bir XƏBƏRDARLIQ
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Bakıda koronavirus xəstələri saxlanıldı
Bakı polisi nəzarəti gücləndirdi - Xüsusi karantin rejim ilə bağlı (FOTO)
Bakıda koronavirus xəstəsi küçədə saxlanıldı
Maska taxmayan 9 nəfər cərimələndi
Dünən 11 koronavirus xəstəsi saxlanılıb
Ötən gün 49 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Qubada polis reyd keçirdi - Velosipedçilər cərimələndi
Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir - DİN-dən açıqlama
Balakəndə karantin rejimi ilə bağlı reyd keçirilib
Koronavirus xəstəsi olan iki nəfər ictimai yerlərdə saxlanıldı
Maska taxmayan sürücü və sərnişinlər cərimələndi
Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı
Daha 28 nəfər COVID-19 xəstəsinə cinayət işi açıldı
Açıq havada qoruyucu maska taxmayanlar cərimələnəcək
Koronavirus xəstələri küçədə saxlanıldılar