"Biz-bizə" restoranı cərimələndi - SİYAHI
18-06-2021, 17:17
154

"Biz-bizə" restoranı cərimələndi - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 418 ictimai iaşə obyektində 732 monitorinq keçirib.
AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" MMC-yə məxsus "Biz-bizə" restoranı;
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y. Əliyev küçəsi 82 ünvanında yerləşən, fiziki şəxs Osmanov Fərid Eldar oğluna məxsus "Kahkaha" restoranı;
3. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Qəmərov küçəsində yerləşən, fiziki şəxs Mustafayev Murad Əcələt oğluna məxsus "Ankara" restoranı;
4. Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi 2 ünvanında yerləşən, fiziki şəxs Mürşüdova Şəlalə Pəsərək qızına məxsus kafe;
5. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., Heydər Eyvazov küçəsində yerləşən, hüquqi şəxs "Fryday" MMC-yə məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus "Doyum" restoranı;
7. Bakı şəhəri, Yasamal rayonu, R. Şərifzadə küçəsi 13 ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Arif Əli oğluna məxsus "Daşfırın" restoranı;
8. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küç., ev 15 ünvanında yerləşən, hüquqi şəxs "İce Pack" MMC-yə məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, Nizami Hacıyev küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Qədirzadə Nicat Bəxtiyar oğluna məxsus köz dönər evi;
10. Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən, fiziki şəxs Cəfərli Hüseyn Səfəralı oğluna məxsus "Altun lahmacun" kafesi;
11. Ağsu rayonu, Bakı-Qazax şosesinin 160-cı kilometrliyində yerləşən, fiziki şəxs Miriyev Əlisahab Əlisa oğluna məxsus kafe;
12. Quba rayonu, Qəçrəş kəndində yerləşən, fiziki şəxs Əliyev Firdovsi Fəxrəddin oğluna məxsus restoran;
13. Qəbələ rayonu, Vəndam kəndində yerləşən, fiziki şəxs Qasımov Abil Şamil oğluna məxsus kafe;
14. Tovuz rayonu, Abulbəyli kəndində yerləşən, fiziki şəxs Ələkbərov Kamran Vilayət oğluna məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Oxşar xəbərlər

“Günaydın” və “Lido” restoranı cərimələndi - SİYAHI
“Əjdaha“ dönər evi və “Mado” kafesi CƏRİMƏLƏNDİ - SİYAHI
Bu müəssisələr cərimələndi - SİYAHI
"Dominos pizza" cərimələndi - SİYAHI
Məşhur kafe və restoranlar cərimələndi
Bu kafe və restoranlar cərimələndi - SİYAHI
Məşhur restoranlar cərimələndi - SİYAHI
Bu kafe və restoranlar cərimələndi - SİYAHI
“Osmanlı” restoranı cərimələndi - TAM SİYAHI
Bakıda 12 müəssisə cərimələndi - SİYAHI
"McDonalds"da nöqsanlar AŞKARLANDI
"Taksim Kebap"da nöqsanlar aşkarlandı - SİYAHI
"By Niyam Salami" kafesi cərimələndi - SİYAHI
“Yüngül cinayətlər” restoranı cərimələndi - SİYAHI
"Pizza Mizza" restoranı cərimələndi - TAM SİYAHI
“Manqalüstü” restoranı və ”Qala” kafesi cərimələndi - SİYAHI
“Portofino” restoranı cərimələndi - SİYAHI
AQTA Bakıda bu restoranları cərimələdi - SİYAHI
"Tonqal" restoranı cərimələndi - SİYAHI
Tanınmış restoranlar cərimələndi - SİYAHI
“Əjdaha” dönər evi cərimələndi - SİYAHI
Tanınmış restoranlar cərimələndi - SİYAHI
“Cratos” restoranı cərimələndi - SİYAHI
Bir neçə kafe və restoran cərimələndi - TAM SİYAHI
"Nəlbəki" çay evində nöqsanlar aşkarlandı - SİYAHI
“Sərin” restoranı cərimələndi
"Başkent" restoranı cərimələndi - SİYAHI
“Pak dad” restoranından nöqsan aşkarlandı - SİYAHI
"Viləş Palace"ın restoranı cərimələndi - TAM SİYAHI
"50 qəpik" kafesi CƏRİMƏLƏNDİ