BNA rəhbəri 20 nəfəri işdən çıxardı - Deputat işə qarışdı
30-07-2020, 10:00
545

BNA rəhbəri 20 nəfəri işdən çıxardı - Deputat işə qarışdı

Bakı Nəqliyyat Agentliyinin (BNA) bir neçə əməkdaşını heç bir səbəb olmadan işdən azad etməsi ilə bağlı məlumat yayılıb.

Belə ki, BNA-nin İmişli rayon sakini, ikinci qrup əlili Ağayev Rəsul Əli oğlu və İbayev Murad Əşrəf oğlu da daxil olmaqla, bir neçə sabiq əməkdaşı artıq məsələnin araşdırılmasına kömək etməsi üçün Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayevə müraciət edib.

Millət vəkili unikal.org-a məlumatı təsdiqləyərək qeyd edib ki, artıq şikayətçilərin ərizələrini qəbul edib: “BNA-dan 20 nəfər işdən çıxarılıb. İnsan hüquqları komitəsinin üzvü olduğum üçün, əmək müqavilələrinə xitam verilən şəxslər mənə müraciət ediblər. Məsələ ilə bağlı artıq Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli ilə zəng edərək danışmışam. Problemlə bağlı rəsmi məlumatları da Vüsal bəyə yönəltmişəm.

BNA-nin sədrinin bununla bağlı öz arqumentləri var. Onun sözlərinə əsasən, qeyd edilən şəxslərin ciddi səhvləri olub, müəyyən işlər sabotaj olunub. Onların günahı ucbatından vətəndaşlar əziyyət çəkiblər, avtobuslar gecikdiyi üçün sərnişinlər mənzil başına zamanında çata bilmirdilər, süni şəkildə basabas yaradılırdı. Lakin şikayətçilərin bəziləri qeyd edirlər ki, “qurunun oduna yaş da yanıb”. Ümid edirəm ki, V.Kərimli bu məsələləri həll edər. Çünki indiki pandemiya dövründə insanların işdən çıxarılmağı yolverilməzdir. Mən buna müsbət yanaşa bilmərəm”.

Oxşar xəbərlər

Nazir 43-cü bölmənin rəisi və 4 əməkdaşını İŞDƏN ÇIXARDI
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Deputat açıqladı: “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər”
Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı
Hikmət Babayev işdən qovuldu
Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO
BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib? - Açıqlama
AzTV-yə 5 ay əvvəl təyin olunan müdir İŞDƏN ÇIXARILDI
“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb
Pandemiya dövründə işdən çıxarmalar və az yazılan maaşlara görə cinayət işi açıla bilər
Rövşanə işdən çıxarılması səbəblərindən danışdı
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
Lider TV-nin bütün əməkdaşlarını işdən çıxarıldı
“Mars Overseas Baku”dan ÖZBAŞINALIQ
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Ombudsman 82 min manata avtomobil aldı
Milli Məclisin deputatlarına tapança verilib?
İşdən çıxarıldığı “Azsığorta”-dan 50 min tələb edir - Çəkişmə...
Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ
Spiker Rafael Cəbrayılovla bağlı tapşırıq verdi
Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı
"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
İmişlidə yük maşınları toqquşdu: Ölən var
Azər Kərimlinin oğlu şirkətlərini ləğv etdi: Dövlət işinə gedir - Foto
Qazax Sement Zavodunda ÖZBAŞINALIQ - GİLEY
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Daha bir vəzifəli şəxs yaş həddinə görə işdən çıxarıldı - FOTO
Ziya Məmmədovun  “qoçu”ları getdi, BNA-nın qoçuları gəldi
Xətaidə “işğal”: Sakinlər Həsənquliyevdən kömək istədi