TƏCİLİ! Bakıdakı məşhur xəstəxanada vəzifəli şəxslər HƏBS EDİLİR – Tibb bacısı CİNAYƏTİ İFŞA ETDİ
19-06-2021, 15:53
76

TƏCİLİ! Bakıdakı məşhur xəstəxanada vəzifəli şəxslər HƏBS EDİLİR – Tibb bacısı CİNAYƏTİ İFŞA ETDİ

Bakıdakı 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Cinayət işi ABŞ vətəndaşı olan azərbaycanlının şikayəti əsasında açılıb.


Belə ki, adıçəkilən xəstəxananın 3-cü şöbəsinin tibb bacısı işləmiş İbrahimova İradə Gülbala qızı 23 iyul 2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Macarıstana gedib və bu ölkədə yaşayıb. Amma buna baxmayaraq o, Bakıdakı işindən azad olunmayıb.

Nəticədə 2013-cü ilin iyul ayından 2016-cı ilin fevral ayına kimi İ.İbrahimovanın adı 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasın əməkdaşları siyahısında saxlanılıb. Xidməti vəzifələrini icra etmədiyi halda qeyd edilən müddətdə xəstəxananın vəzifəli şəxsləri tərəfindən hər ay üzrə müxtəlif məbləğdə, ümumilikdə isə 7054 manat 76 qəpik pul vəsaiti onun adına əmək haqqı kimi hesablanıb. Həmin pullar müvafiq sənədlərlə rəsmiləşdirilib və Azərbaycan Beynəlxalq Bankının plastik əmək haqqı kartına köçürülməklə Avtomatlaşdırılmış Terminal Məntəqələrində nağdılaşdırılıb.

ABŞ vətəndaşı olan azərbaycanlı məsələdən xəbər tutub və bu barədə bir neçə dəfə hüquq-mühafizə orqanlarına müraciət edib. Mayın 24-də Nizami Rayon Prokurorluğunda 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə onlara etibar edilmiş özgə əmlakını mənimsənilərək dövlətə xeyli miqdarda ziyan vurulması faktı ilə bağlı hazırda Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır./KAİM.az

Oxşar xəbərlər

Uşaq xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı
Abşeron icra hakimiyyətində yeni həbslər...- İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Daha bir neçə vəzifəli şəxs barədə cinayət işi açıldı - SİYAHI
Saxta vaksin sənədi yazan vəzifəli şəxslərə cinayət işi açıldı
Abşeron icra hakimiyyətində  yeni həbslər...-  İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
“VTEK“ əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Daha bir xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı
Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxslərinə cinayət işi açıldı
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Özünü məmur kimi təqdim edib dələduzluq edən şəxs HƏBS EDİLDİ
Baş həkim həbs edildi
Baş həkimdən 7 min manat rüşvət alan şəxs həbs edildi
Xadimənin maaş kartını götürən məktəb direktoruna cinayət işi açıldı
DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI
Dələduzluq edən "vəzifəli şəxs" SAXLANILDI
Dələduzluq yolu ilə vətəndaşlardan 45 min manat alan şəxs saxlanılıb
Bakıda şirkət rəhbərinin qanunsuz əməlləri ifşa edildi
Saxtakarlıq edən daha 2 vəzifəli şəxs barəsində cinayət işi açıldı
Tibb bacısı 8 yeni doğulan uşağı öldürüb
Azərbaycanda bu xəstəxananın direktoru külli miqdarda pul mənimsəyib
Ağstafa icra başçısının nümayəndəsi HƏBS EDİLDİ
DSMF-nin 7 vəzifəli şəxsi hakim qarşısında
Nazim İbrahimovun qardaşı HƏBS EDİLDİ
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycanda iki vəzifəli şəxs barəsində cinayət işi başlandı - RƏSMİ
Masallının baş həkimi HƏBS EDİLDİ
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edildi
Azərbaycanda daha bir vəzifəli şəxs HƏBS EDİLDİ
Azərbaycanda vəzifəli şəxsin mülkinə həbs qoyuldu