Bakıda həkimlər xəstəni gizlin əməliyyat etdi, komaya düşdü – VİDEO
20-06-2021, 10:28
64

Bakıda həkimlər xəstəni gizlin əməliyyat etdi, komaya düşdü – VİDEO

Bakıda fəaliyyət göstərən “EGE Hospital”da əməliyyat olunan Fatimə Əli qızı Xuçinayeva komaya düşüb.
Bu barədə Qaynarinfo.az-a Fatimə Xuçinayevanın qızı Eren Xuçinayeva bildirib. Onun sözlərinə görə, “EGE Hospital”da anasını 11 dəfə əməliyyat ediblər.
“Anam fevral ayından “EGE Hospital”dadır. Fevralın 15-də bağırsaq keçməzliyindən əməliyyat olunub. Əməliyyat zamanı həkimlər anamın bağırsağını deşib klebsiella mikrobu salıblar. Bundan sonra anamın vəziyyəti ağırlaşıb. Artıq 4 aydır xəstəxanadadır. 11 dəfə əməliyyat olunub. Yalnız bunun 3-nə razılığımız olub. Amma 8 dəfə bizdən xəbərsiz 63 yaşlı qadını əməliyyat ediblər. İyun ayından isə anamı görməyə qoymayıblar. Faktiki olaraq anamı gizlədiblər”, – deyə Eren Xuçinayeva bildirib.
Şikayətçinin sözlərinə görə, klinikanın rəhbərliyi vəziyyəti belə görüb onları ələ almağa çalışıb: “Mənə dedilər ki, bütün xərcləri ödəyəcəyik. Amma siz heç yerə şikayət etməyin. Lakin sonradan gördüm ki, bütün öhdəlikləri üzərimizə götürdüyümüz barədə sənədə imza etdirmək istəyirlər. Bundan imtina etdik. Mayın 31-dən məni anamı görməyə qoymadılar. İndi isə deyirlər ki, komaya düşüb. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Qoy gəlib görsünlər ki, “EGE Hospital”da nələr baş verir. Bunların səhvi üzündən 80 min manat pul xərcləmişəm. Evimi, maşınımı satmışam”.
Eren Xuçinayeva bildirib ki, anasının bu vəziyyətə düşməsində “EGE Hospital”ın təsisçisi Barat Yusifov, onun xanımı Gültəkin Yusifova və baş həkim Aqil Ağakişiyev təqsirkardır.
“Bu 3 nəfər faktiki olaraq məni şantaj edir. Sənədləri imzalamadığıma, onların səhvinə göz yummadığıma görə 18 gün anamı məndən gizlədiblər. 63 yaşlı qadını 11 dəfə əməliyyat edərək komaya salıblar. İndi məni şantaj edirlər. Mən sona qədər bu məsələnin üstünə gedəcəm”, – deyə şikayətçi vurğulayıb.
Dünən gecə saatlarında Eren Xuçinayeva xəstəxananın qarşısında olub. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib.
“Nəhayət mənə anamı görməyə icazə verdilər. Vəziyyəti ağırdır, komadadır. Xəstəxana rəhbərliyi isə anamın üzərində aparılmış 8 qanunsuz əməliyyatı rəsmiləşdirmək üçün bizə sənədləri imzalatdırmağa çalışır. Bütün bunların foto-video sübutları var. Prokurorluğa da müraciət etmişəm. Hazırda bu məsələ prokurorluqda araşdırılır”, – deyə Xuçinayeva bildirib.
Məlumat üçün deyək ki, Fatimə Xuçinayeva Rusiya vətəndaşıdır. Şikayətçi məsələ barədə Rusiya Xarici İşlər Nazirliyinə də müraciət edib.

Oxşar xəbərlər

Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma... - ŞİKAYƏT/VİDEO
Meyxanaçı komaya düşdü, əməliyyat olunmalıdır
Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq
Günel ikinci dəfə burun əməliyyatı etdirdi - Foto
Həkimlər səhvən xəstənin sağlam ayağını kəsdilər
Məşhur həkim klinikanı ittiham edib: - "Stimul hospital"dakı əməliyyatdan sonra 11 yaşlı Adilin sümüyü əriyib
SON DƏQİQƏ: Türkiyə 1073 heyət üzvü və 68 ƏMƏLİYYAT QRUPU ilə HÜCUMA KEÇDİ
Tanınmış aparıcı ikinci dəfə xərçəngdən əməliyyat olundu
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 126 nəfər saxlanıldı
Daha dörd qazimizin əməliyyat xərcləri qarşılandı - FOTOLAR
Türkiyədə genişmiqyaslı əməliyyat: 700-dən çox saxlanılan var
Xərçəngdən əziyyət çəkən məşhur aktrisa əməliyyat olundu
Maradona beynindən əməliyyat olundu
Baku Medical Plazada əməliyyat olunan pasiyent vəfat edib
Azərbaycanlı müğənni bu xəstəlikdən əziyyət çəkir - ƏMƏLİYYAT OLUNUB
Bərdədə ƏMƏLİYYAT: Vəzifəli şəxs HƏBS EDİLDİ
Cəlilabad İcra Hakimiyyətində əməliyyat keçirilir: saxlanılanlar var
Qarabağda yaralanan erməni deputat ölüm ayağındadır
Xankəndidə yaralanan qazimizin durumu ağırdır
Oqtay Gülalıyevdən xəbər var: “Sərbəst nəfəs alır...”
Roza yenə əməliyyat olunacaq
64 yaşlı qadın “Mediland”də MRT zamanı komaya düşdü
Biləsuvar xəstəxanası ƏSL QƏSSABXANA İMİŞ... - Xəstənin başına oyun açıblar...
Türkiyədə əməliyyat olunan Ağadadaş Ağayevdən xəbər var
"Bahar Əməliyyat Şirkəti" işçilərinin maaşını ödəmir - GİLEY
Həkimdən iyrənc əməl: gənc qızı əməliyyat zamanı zorladı
Xalq artisti infarkt keçirdi
Tofiq Yaqublu komaya düşə bilər
Lalə Şövkətin vəziyyəti ilə bağlı oğlundan AÇIQLAMA
Mehman bu gün əməliyyat olunacaq