Bakıda bu yollar bağlanacaq - Video
20-06-2021, 11:47
52

Bakıda bu yollar bağlanacaq - Video

İyunun 20-i paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Xəzər TV xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi xəbər yayıb.
Qurumun əməkdaşı Araz Əsgərli bildirib ki, həmin gün paytaxt Bakıda futbol üzrə Avropa çempionatının 3-cü oyunu keçiriləcəyindən hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollar bağlanacaq.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, oyun gunu azarkeslərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır.
Agentliyin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər diqqətli olsunlar. Çünki Bakı Olimpiya Stadionu ətrafındakı küçələrdə və prospektlərdə qadağan olunan ərazilərdə park edilən avtomobillər Məhəmməd Füzuli və Mirzəağa Əliyev küçələri arasında yerləşən yeraltı avtomobil dayanacağına daşınacaq.
Bildirilib ki, ötən oyunlar zamanı bəzi azarkeşlər avtomobillərini Bakı Olimpiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park ediblər. Bu da ərazidə nəqliyyatın sıxlığına səbəb olub. Nəticədə Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən avtobusların hərəkət intervalında yubanmalar yaranıb. Xüsusilə avtobusların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub.

Oxşar xəbərlər

Azarkeşlər Bakı Olimpiya Stadionuna toplaşır - FOTOLAR
Dövlət Yol Polisindən AVRO-2020 ilə bağlı əhaliyə MÜRACİƏT
Bu yollar tam bağlıdır - Sürücülərin NƏZƏRİNƏ
Bu avtomobillər Bakı Olimpiya Stadionuna buraxılmayacaq - RƏSMİ
Avro-2020: Bu gün Türkiyə millisi Bakıda meydana çıxır
Avro-2020-də ikinci gün: Bakıda futbol həyəcanı
Sabah bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
AVRO-2020-nin kuboku Bakıya gətirilir: Məşhurlar da gəlir
Şad XƏBƏR! Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək
Azərbaycana gələcək azarkeşlər karantinə alınacaq?
Azərbaycan polisindən Neftçi-Qalatarasay oyunu haqda açıqlama
Sabah Bakıdakı işıqforlar fərqli qaydada işləyəcək
Bakıda avtomobillərin hərəkəti çətinləşdi - Yol polisindən müraciət + Video
Bakıda yenilik…
Bakıya tramvaylar gəlir - İşlərə başlandı
Bakıda bu yollarda sürət həddi endirildi - FOTO
Bakıda "Formula 1"ə görə bu küçə və prospektlər BAĞLANACAQ
Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcəklər
Avtobus zolaqlarına bu saatlarda girmək olmaz - Xəbərdarlıq
SON DƏQİQƏ: Azərbaycanda bu yollar buz bağladı – Rəsmi açıqlama
Mayın 8-i və 16-da avtobuslar işləyəcək? - Rəsmi açıqlama
Bakıda qəza: Yol bağlandı - FOTO
Bakı-Sumqayıt yolunda tıxacın səbəbi məlum oldu
Bakıda yük avtomobili aşdı - Toyuqlar asfalta töküldü
Kranın yaşayış binasının üstünə aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş bağlanıb - VİDEO
DYP sürücülərə müraciət edib
Bakıda avtomobil qaçıran şəxslər qəza törətdi
DİN "Neftçi" - "Qalatasaray" qarşılaşması ilə bağlı vətəndaşlara müraciət edib
Bakıda tıxac: Nəqliyyatın hərəkəti iflic oldu - FOTO
Yol polisi paradla bağlı sürücülərə müraciət edib