Bakı İcra Hakmiyyətində şübhəli tender: vergi borcu olan 4 şirkət qalib elan olunub - Detallar
4-08-2020, 16:41
849

Bakı İcra Hakmiyyətində şübhəli tender: vergi borcu olan 4 şirkət qalib elan olunub - Detallar

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Təmir və Tikinti” MMC paytaxtın Xətai rayonundakı 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpusun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların (idman və akt zalı ilə) inşası (1), Nəsimi rayonundakı 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülüb yenidən inşası (2), Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikintisi (3) və Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 saylı orta məktəbin köhnə korpusunun sökülərək 1 752 şagird yerlik yeni korpusların tikintisi (4) ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.

“Report”a istinadla xəbər veririk ki, tenderlərin qalibləri müvafiq olaraq “TVM İnşaat”, “Kəmər İnşaat”, “Planet Construction” və “GM Construction” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1 496 017 manat, 1 317 301 manat, 709 336 manat və 2 494 061 manat, ümumilikdə 6 016 075 manat ödəniləcək.

Maraqlıdır ki, 4 şirkətin hamısının vergi borcu var. Belə ki, “TVM İnşaat” dövlət büdcəsinə 66 718 manat, “Kəmər İnşaat” 1 146 manat, “Planet Construction” 669 manat, “GM Construction” isə 5 manat borcludur

Oxşar xəbərlər

Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı
Xaçmazda məktəb sahəsi 380 manata satılıb?
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Prezident və xanımı 216 nömrəli məktəbin açılışında
Abşeronda müəllimlər günü qeyd edilib
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Azərbaycanda şagirdlər açıq havada imtahan verdi
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
Bakıda şagird səkkiz fəndən “iki” aldı...
Bir manatlıq şirkətə milyonluq tender verildi
“Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" - Məktəb direktoru
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib
“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var
BNAi 2 milyon manatlıq tenderə yekun vurub
“Akkord”un dövlət büdcəsinə 4 milyon manat borcu var
Buraxılış imtahanlarında maksimal nəticə qazananlar
Səhiyyə Nazirliyində növbəti tender: Bu dəfə “Avromed"ə 5.5 milyonluq layihə verildi
Bakıda orta aylıq əmək haqqı açıqlandı
Gürcüstanda azərbaycandilli məktəb bərpa olundu
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
Bakıda 7 ildən sonra bu yol açıldı