Nazirlikdən “WhatsApp“la bağlı VACİB AÇIQLAMA
23-06-2021, 13:28
511

Nazirlikdən “WhatsApp“la bağlı VACİB AÇIQLAMA

Ani mesajlaşma və mübadilə sistemi Vatsapın ("WhatsApp") istifadəçilərinin şəxsi məlumatlarının "Facebook" və ona məxsus digər sosial şəbəkələrdə istifadəsi ilə bağlı tələblər qanunu pozmur.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
"Hər bir istehlakçının elektron məhsul, mobil xidmətlər və tətbiq proqramları əldə edərkən onun istifadə qaydaları, təhlükəsizlik şərtləri barədə məlumat almaq hüququ var. İstehlakçı bu hüquqdan istifadə edərək proqramın ona uyğun olub olmamasını özü müəyyən etməlidir.
Mobil tətbiq proqramlarının istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsinə gəlincə, şirkət istifadəçilərini informasiya siyasətinin dəyişməsi haqqında məlumatlandıraraq, onlara seçim imkanı yaradır. Belə olan təqdirdə alternativ sosial şəbəkələrin olmasını nəzərə alaraq istehlakçılar digər tətbiqlərdən istifadəni seçməkdə sərbəstdilər. Bu səbəbdən "İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında qanun pozulmamış hesab olunur.
Dövlət Xidməti mobil tətbiqlərlə əlaqədar müraciətlərin daxil olmasını nəzərə alaraq istehlakçılara tövsiyyə edir ki, həmin proqramlardan istifadə edərkən diqqətli olsunlar. Əvvəlcədən həmin proqramlar barədə ətraflı məlumat əldə edərkən, tətbiqin istifadə şərtləri ilə diqqətlə tanış olduqdan sonra qəbul etsinlər. Fərdi məlumatların digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə istifadəçilərə şübhəli keçidlərə daxil olmamaları, kart məlumatlarından məhdud şəkildə və yalnız etibarlı mobil tətbiqlər vasitəsilə istifadə etmələri tövsiyə olunur", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Vatsap bu il yanvarın 10-dan 2 milyarda qədər istifadəçisinə yeni məxfilik siyasəti ilə bağlı müqavilə göndərməyə başlayıb və istifadəçilərə fevralın 8-ə kimi yeni qaydaları qəbul etməyən smartfonlarda mobil tətbiqin işləməyəcəyi bildirilib. Yeni qərardan sonra istifadəçilərin kampaniyalar keçirməyə başlaması, onların arasında sonsuz sayda şübhələr və məlumat sızması riskinin yüksək olacağı ilə bağlı fikirlər bu tarixin 15 maya qədər uzadılmasına səbəb olmuşdu.
Vatsapın bu qərarından sonra bir sıra ölkələrin, o cümlədən Türkiyənin rəqabət qurumu "Facebook"a (mobil tətbiqdə istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsi ilə əlaqədar) müraciət edib. Qurumun müraciətində deyilir ki, yeni qaydalar Türkiyə vətəndaşlarının fərdi məlumatlarının qorunması ilə bağlı qaydalara ziddir və bu səbəbdən də həmin qaydalara Türkiyədən olan istifadəçilər üçün yenidən baxılsın. "Facebook" isə rəsmi açıqlamasında həmin müraciəti nəzərə alaraq şərtlərə yenidən baxacaqlarını bəyan edib.

Oxşar xəbərlər

Səlcuq Bayraktar da "WhatsApp"ı sildi
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Bir ay vaxt verildi
“WhatsApp”la bağlı vacib məlumat: Fevralın 8-dən sonra... - VİDEO
Əsassız qiymət artımına qarşı nəzarət gücləndirilir - Diqqət!
"WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Şəxsi məlumatlarınız paylaşılacaq
“Alınan mallar geri qaytarılmır” yazanlar 900 manatadək CƏRİMƏLƏNƏCƏK
“WhatsApp” tənqidlərə görə geri addım atdı
İzlənən “WhatsApp” yazışmaları haqda önəmli açıqlama
Bəzi dərmanların qiyməti bahalaşıb - NAZİRLİKDƏN AÇIQLAMA
“WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ
“WhatsApp”dan tarixi rekord
“WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir - NRYTN
Nazirlikdən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT
Plastik qab istehsal edən sahibkarların nəzərinə!
Müharibə vaxtı bu VPN-lərdən istifadə edənlərə pis xəbər - VİDEO
“WhatsApp”ın məxfilik sazişini qəbul etməyənlərin hesabları silinəcəkmi? - MÜSAHİBƏ
Dövlət Xidməti “Volt Azərbaycan”a qarşı iş qaldırdı
Tarif Şurasından “dərman mafiyası”na XƏBƏRDARLIQ
Tibbi maskalarla bağlı xəbrdarlıq!
“WhatsApp”ın narazılığa səbəb olan yenilikləri Türkiyə sakinlərinə təsir etməyəcək
Nazirlik dərman satanlara xəbərdarlıq etdi
“WhatsApp”ın yeni istifadə qaydaları qüvvəyə minib
“WhatsApp”dan xəbərdarlıq: Mayın 15-dən sonra bu istifadəçilər...
İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır - Rəsmi
Baş nazir məhkumlarla bağlı bu qaydaya DƏYİŞİKLİK ETDİ
Dövlət Xidmətindən “WhatsApp” xəbərdarlığı: Məlumatlarınız oğurlanır
Aqrar Xidmətlər Agentliyinin ŞÜBHƏLİ TENDERİ... - Rəsmən ləğv olundu
Dekabrın 31-dən yanvarın 5-dək küçəyə çıxmaq qadağan ediləcək? - Operativ Qərargahdan AÇIQLAMA