Azərbaycanda açıq havada toy keçirməyə icazə var? - DİN-dən RƏSMİ CAVAB
23-06-2021, 13:42
115

Azərbaycanda açıq havada toy keçirməyə icazə var? - DİN-dən RƏSMİ CAVAB

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 1-dən Azərbaycanda toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir.
Insanların açıq havada toy mərasimləri keçirə bilməsi müzakirə olunur.
Açıq havada toyların keçirilməsinə rəsmi icazənin olub-olmaması ilə Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, toyların keçirilməsi ilə bağlı lazımi normalar müəyyənləşdirilib:
"50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız koronavirusa qarşı peyvənd olunan və ya virusdan sağalmanı təsdiq edən immunitet sənədi olduğu halda icazə verilir. Şənlik mərasimində iştirak edən qonaqlar üçün maskadan istifadə ilə bağlı məcburi tələb yoxdur.
Açıq havada 150 nəfərlik toy mərasiminin keçirilməsi ilə bağlı deyə bilərəm ki, müvafiq qaydalar üzrə fəaliyyətinə icazə verilən restoran və ictimai iaşə obyektlərinin həyətində belə şənliklərin keçirilməsi zamanı COVID pasportu tələb ediləcək. Lakin toy iştirakçılarının maska taxması tələbi yoxdur. Yalnız xidmət personalının tibbi maska və əlcəkdən istifadəsi zəruridir. Musiqiçilər üçün isə tibbi maska tələbi yoxdur".
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.

Oxşar xəbərlər

Toya gələnlərdən COVİD-19 pasportu tələb ediləcək
DİN-dən açıq havada maska taxmaqla bağlı əhaliyə MÜRACİƏT
“Toylara da icazə verilə bilər” - Həkimdən şad xəbər
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
Açıq havada toy hazırlıqları BAŞLADI
Türkiyədə toyların keçirilməsinə icazə verildi
Bu tarixdən toy və nişanlara icazə verildi - RƏSMİ
Açıq havada tibbi maska taxmaq məcburi olacaq
Bayramdan sonra toyların keçirilməsinə İCAZƏ VERİLİR? - AÇIQLAMA
Açıq havada toylara hazırlıq başladı - Qiymətlər belə olacaq
Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA - 80 nəfər qonaqla...
Açıq havada maskadan istifadə ləğv oluna bilər - RƏSMİ
"Əgər pandemiya aylar, illər çəkəcəksə..." - Deputatdan toylarla bağlı AÇIQLAMA
ABŞ-da açıq havada maska taxmaq tələbi aradan qaldırılıb
Şadlıq evlərində bu aylar üçün yer yoxdur - Azərbaycanda TOYLARA İCAZƏ
Prezidentin köməkçisindən açıq havada toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
Toyların keçirilməsinə icazə verildi
Açıq havada maska taxmaq tələbi ləğv edilir? - AÇIQLAMA
Avqustdan toylara icazə verilə bilər – Şərtlər açıqlandı
Açıq havada tibbi maskalardan istifadənin effektivliyi - Həkim rəyi
Açıq havada maska taxmaq tələbi ləğv olundu - Gürcüstanda
Açıq havada toylara icazə verilə bilər - Video
Qərargahın brifinqi gözlənilir: 400 nəfərlik toylara icazə verilə bilər
Toyların keçirilməsinə icazə verilə bilər - 150-200 nəfərlik
Yas və toyların bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA
Gürcüstanda kütləvi mərasimlər qadağan olundu
Bu gün Azərbaycanda futbol çempionatına “STOP“ qoyulur – SON DƏQİQƏ
Toyların keçirilməsi ilə bağlı yeni AÇIQLAMA
Mayın 15-dən açıq havada maska taxmaq məcburi olmayacaq