Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
7-08-2020, 22:14
1 345

Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama

“Sosial dəstək tədbirləri çərçivəsində 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxslərdən ibarət 15 mindən çox vətəndaşa evlərində sosial xidmət göstərilib, 100-dək şəxsin sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlə təmin edilib”.

Gundelik-baku.com-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib.

Sahil Babayev sosial tərəfdaşların dəstəyi ilə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı olan 100 min ailəyə iki dəfə 200 min ərzaq payı verildiyini deyib.

Nazir xüsusi karantin dövründə əlillik və işsizlikdən sığorta ödənişinin müddəti bitənlərə müvafiq ödənişlərin, peşə hazırlığında fasilə yarananlara təqaüdlərin verilməsinin davam etdirildiyini deyib.

Bu dəstək tədbirinin 16 min şəxsi əhatə etdiyini, xüsusi karantin rejimi müddətində əlilliyi olan şəxslərə ehtiyac duyduqları minlərlə reabilitasiya vasitəsinin evlərinə aparılaraq verildiyini qeyd edib.

Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirildiyini deyən S.Babayev bildirib ki, yalnız son iki ili götürdükdə, 2018-ci illə müqayisədə üç dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək. Artıq onlardan 554 mənzil, o cümlədən, təkcə son 20 gündə 250 mənzil təqdim edilib.

Oxşar xəbərlər

Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Pensiyaların artırılacağı ilə bağlı rəsmi açıqlama
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
Nazirlikdən şad xəbər - Bu şəxslərə 250 manat pul veriləcək
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatıb
Sahil Babayevdən yeni TƏYİNAT
13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib - Rəsmi
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA
Vahid Ələkbərovun oğlu ehtiyacı olan ailələrə 10 milyon rubl ayırdı
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Sosial dövlətin Azərbaycan modeli
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı
Azərbaycanda bu şəxslər kommunal xərclərdən azad olundu
İşsiz vətəndaşlar üçün ŞAD XƏBƏR
İşsizlikdən sığorta ilə bağlı şərtlər yumşaldılacaq
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Gələn ildən pensiyalar artacaq - Nazir
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Əli Əhmədov təcili iclas keçirdi
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? - RƏSMİ AÇIQLAMA
Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir