Milli Məclisin bu gün keçirilən iclasında “Milli Məclis deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.
Bu təkliflə deputat Elman Nəsirov çıxış edib.
O bildirib ki, Milli Məclis deputatının statusuna dəyişiklik edilməlidir:
“Oradan deputat sözü çıxarılıb, ora millət vəkili sözü əlavə edilməlidir. Çünki biz millətin vəkiliyik. Həm də deputat sözü alınma sözdür”.