Qubanın oliqarx icra başçısının həyat yoldaşına yeni vəzifə verildi
9-08-2020, 14:55
404

Qubanın oliqarx icra başçısının həyat yoldaşına yeni vəzifə verildi

Quba Rayon Mərkəzi Xəstəxanasının (RMX) Yoluxucu xəstəliklər şöbəsinin müdiri Donara Əliyevaya yeni vəzifə verilib.

Donara Əliyevaya Quba rayonunun baş infeksionisti vəzifəsinin icrası həvalə olunub.

Qeyd edək ki, Donara Əliyeva Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin həyat yoldaşıdır.

26-1

Xatırladaq ki, bir müddət öncə araşdırmaçı jurnalist Cavanşir Həsənli Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avropadakı biznesini ifşa edib.

Həmin yazını yenidən oxuculara təqdim edirik:

“Ölkədə bir-iki karxanasından başqa gözə elə bir biznesi dəyməyən, saytlarda özü haqqında palaz-palaz yazılar çıxartdırıb “dövlətçiliyə xidmət və sədaqət” minnətini böynumuza qoymağa çalışan bir icra başçısının da səsi Avropalardan gəlir.

Adam “Əməkdar mühəndis” adı alıb. Uzun illər yol təsərrüfatında rəhbər vəzifələrdə işləyib, elə o vaxtdan yolunu Çexiyaya salıb, şirkət qurub, şirkətinin menecerliyini çex qadına həvalə edib. Sonra bir az da irəli gedib, Avstriyada növbəti şirkətini açıb. Tikinti materialları ticarətinə girişib. Bu o adamdır ki, 2017-ci ilin dekabrında Quba rayonuna icra başçısı təyin olunur.

Arayış: Quba rayon İcra Hakimiyyətinin başçısı Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olub. 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis,2013-2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Cənab Ziyəddin Əliyev Çexiyada şirkətini hələ “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olarkən, yəni 2008-ci ilin yanvarın 18-də açıb. İlkin nizamnamə kapitalı 200 min kron olan AZ SERVIS – NR s.r.o. (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub. Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir.

Şirkət Çexiyanın Brno ədliyyəsindən 28267184 saylı qeydiyyat şəhadətnaməsi alıb. İlk qeydiyyat ünvanı Brno, Nezamyslova 2799/28, PSČ 61500 olub. Hazırda icra başçısına məxsus şirkətin ofisi Brno şəhəri, Příkop küçəsi 4 ünvanındakı Internationale Business Center-də yerləşir. Fəaliyyət sahəsi: istehsal, xidmət, ticarət.

Ziyəddin Əliyev ilk əvvəl, yəni 2008-2009-cu illərdə şirkətin idarəçiliyini tanışı, 1969-cu il təvəllüdlü IRINA MICHAJLIKOVÁ həvalə edib. Lakin 2009-cu ildə aralarındakı narazılıqdan dolayı Ziyəddin Əliyev onu şirkətdən uzaqlaşdırır.

2017-ci ilə qədər şirkəti özü idarə edən Ziyəddin Əliyev həmin il oktyabrın 16-da, yəni Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat almasından ay yarım əvvəl onu o zaman Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı olan 26 yaşlı oğlu Nicat Əlibəylinin idarəçiliyinə verir. Görünür Ziyəddin Əliyev artıq yeni vəzifə üçün sənədlərini təqdim etmişdi və prezidentin sərəncamını gözləyirdi.

2017-ci ilə aid illik maliyyə hesabatına görə icra başçısına aid bu şirkətin aktivləri 15 milyon kron, yəni yarım milyon dollar civarındadır. Qeyd edim ki, Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb.

Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb. Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. S.M.A.N Business Solutions GmbH Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə FN 457017 i saylı lisenziya alıb. Şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.

Şirkətin hissələrinin 51 faizi Ziyəddin Əliyevin Çexiyada sahibi olduğu AZ SERVIS – NR s.r.o. şirkətinə, 49 faizi isə Sübhan Məmmədli adlı şəxsə məxsusdur. S.M.A.N Business Solutions GmbH-ni AzPROMO-nun Avstriyadakı nümayəndəsi, Qarabağ Vyana klubunun meneceri Ramin Şükürov idarə edir.

Oxşar xəbərlər

Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Qubanın icra başçısı Ziyəddin Əliyev koronavirusdan pul qazanır- Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı icra başçısınındır
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
İcra başçısı məhkəməyə verildi
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Daha bir məmur üçün YOLUN SONU: - Prezidentin danladığı icra başçısı işdən çıxarılır?
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI
Siyavuş Novruzovla bağlı YAP-dan açıqlama
Saxlanılan icra başçısının ittihamları məlum oldu
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
Goranboy İcra Hakimiyyətində yeni TƏYİNATLAR
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur