AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)
10-08-2020, 14:30
276

AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)

Cahangir Əsgərovun 1-ci müavini Sabir İlyasovun oğlu Elmar İlyasov da Londonda aviasiya ilə bağlı iki şirkətin rəhbəridir. Elmar İlyasov İngiltərə vətəndaşıdır, bu ölkədəki şirkətlərini 10 il bundan əvvəl təsis edib.
Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, 1972-ci il təvəllüdlü Elmar İlyasov Londondakı şirkətlərini 22 mart 2010-cu il tarixində Britaniya Şirkətlər Evində qeydiyyatdan keçirib.
"Bunlardan biri FLYBAKU LIMITED dormant tipli kampaniyadır. Bu tip şirkətlər fəaliyyətsiz şirkət hesab olunur, onlar ticarət reyestrinə daxil edilir, adı, nizamnamə sənədləri, qeydiyyata alınan ölkənin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin digər atributları vardır, lakin şirkətin dövriyyəsi olmur. Daha doğrusu "passiv şirkətlər" maliyyə hesabatlarını ümumiyyətlə təqdim etmirlər və ya məhdud bir şəkildə təqdim edirlər. Bu maliyyə hesabatlarının tələb olunduğu ölkələrdə xərcləri azaltmağın bir yoludur.
Maraqlıdır ki, eyni adla Azərbaycanda da səyahət şirkəti fəaliyyət göstərir. "FLYBAKU TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakıda 2016-cı ildə dövlət qeydiyyatına alınıb.
AZAL vitse-prezidentinin Londonda qeydiyyatdan keçirdiyi digər şirkət AIR ALLY LIMITED hava nəqliyyatı ilə bağlı müvafiq xidmətləri həyata keçirir. Şirkətin 2019-cu il maliyyə hesabatına görə aktivləri 434.246 funt sterlinq göstərilib.
Hər iki şirkət Devonshire House, 582 Honeypot Lane, Stanmore, Middlesex, HA7 1JS ünvanında hüquqi qeydiyyatdadır.
Sabir İlyasov 16 may 2008-ci ildən AZAL-ın birinci vitse-prezidenti təyin edilib. O bu ilin əvvəlində 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib".










Oxşar xəbərlər

Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar
Azər Kərimlinin oğlu şirkətlərini ləğv etdi: Dövlət işinə gedir - Foto
“Azərişıq” rəhbərinin biznesi çiçəklənir
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Talanan Azərbaycan: Əhmədzadənin müavini ərəb şeyxlərindən də varlıdır... - Fotofakt
Hüseynqulu Bağırovun gizlətdiyi yeni şirkətlər aşkarlandı – Siyahı
Vidadi Zeynalovun xaricdə şirkəti üzə çıxdı - Sənədlər
Talıbovun oğlunun holdinqi daha iki şirkət təsis edib?
Sabiq mədəniyyət nazirinin topdağıtmaz biznesi — SİYAHI
Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub - Sabiq nazir də istintaqa çəkilir
Elmar Məmmədyarov danışdı: “Hara gedirəm?”
AZAL-da təmizləmə əməliyyatı başladı
Əli Həsənovun nəvəsinin Avropadakı biznesi üzə çıxdı (FOTOLAR)
Elmar Vəliyevə yaxın olan iki sabiq məmur saxlanıldı
Milyonluq şirkətin kağız üstündəki direktorları
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Qubanın oliqarx icra başçısının həyat yoldaşına yeni vəzifə verildi
Xanlar Fətiyevin biznes imperiyası - Foto
AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı
“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert
Elmar Məmmədyarov Türkiyəyə gedib
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Deputatın oğlu qonşu ölkəyə 50 milyon dollar sərmayə yatırdı
ATV-nin keçmiş prezidenti biznesini xaricə köçürdü
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə
Elmar Məmmədyarov VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
Azərbaycanda bu sahibkarlara ciddi maliyyə sanksiyaları XƏBƏRDARLIĞI
Sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib - Geri gətiriləcəkmi?