Bakıda məktəb direktoru aztəminatlı ailənin övladını sinifdə saxlayır.
Bunu “Report”un redaksiyasına şikayət məktubu ünvanlayan valideyn Ülviyyə Mustafayeva iddia edir.
Onun sözlərinə görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 182 nömrəli tam orta məktəbdə təhsil alan övladı 6-cı sinfə keçməli olduğu halda, məktəb rəhbərliyi onun təkrar 5-ci sinifdə oxumağına göstəriş verib.
Valideyn qeyd edir ki, övladı dəfələrlə məktəbdə müəllim tərəfindən şiddətə məruz qalıb:
“Övladım üçüncü sinfə kimi təhsil aldı. Sonra müəllim uşağıma dəfələrlə şiddət göstərdi və uşağımın səhhətində ciddi problemlər yarandı. Direktor Zinyət Tağıyeva icazə verdi ki, övladım sağalana kimi məktəbə gəlməyə bilər. Sonra pandemiya səbəbindən evdən təhsili davam etdirdik. 4-cü sinfə keçid zamanı da sinifdə qalması ilə bağlı problemlə üzləşdim. Bu zaman məktəbə gedib uşağımın sənədlərini tələb etdim ki, məktəbdən çıxarıram və Təhsil Nazirliyinə gedirəm. Uzun müzakirələrdən sonra məsələ həll olundu və övladım 4-cü sinfi yekunlaşdırdı”.
“Bu tədris ilində 5-ci sinfi də oxuyub, pandemiya ilə əlaqədar məktəbə qoymadım və övladımın təhsili ilə özüm evdə məşğul oldum. Yəni bu işin məsuliyyətini öz üzərimə götürmüşdüm. Aztəminatlı ailəyik, kirayədə qalırıq. Kitabları da özümüz aldıq. Övladımı məktəbə göndərməməyimlə bağlı iltizam yazmağım barədə mənə vaxtında nəsə demədilər. Mən də bundan məlumatsız olmuşam. 6-cı sinfə keçməsi üçün qiymətləndirmə aparılmasını bilərəkdən bizə demədilər. Deyirlər ki, qiymətləndirmənin sənin övladına aidiyyəti yoxdur. Səbəb kimi də övladımın dərslərdə iştirak etməməsini bildirirlər. Direktor da bunu əsas tutaraq övladımın yenidən 5-ci sinifdə oxumasını tələb edir. İzah edirəm ki, övladımın sağlamlığına görə icazə vermişdiniz. Məktəb rəhbərliyinin yanına getdim mənə dedi ki, hara istəyirsən, şikayət et. Dəfələrlə təzyiq və təhdidlərə məruz qaldım. Aidiyyəti üzrə hər yerə müraciət etmişəm, Daxili İşlər Nazirliyinin "102 Zəng Xidməti"nə də müraciət etdim. Qorxu hisslərilə yaşayıram”, - Ü.Mustafayeva bildirib.
Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də müraciət etdiyini deyən şikayətçi vurğulayır ki, orada övladının sinifdə saxlanıldığı bir daha qeyd edildi: “Bildirdim ki, pandemiya dövründə müəyyən güzəşt edilməli və ibtidai sinif şagirdi sinifdə saxlanmamalıdır”.
Direktor Zinyət Tağıyeva isə "Report"a açıqlamasında bildirib ki, həmin şagird bu tədris ilində bir dəfə də olsun məktəbə gəlməyib: "Valideyn nə iltizam kağızı yazıb, nə də övladını qiymətləndirməyə göndərib. Belə olan təqdirdə həmin şagirdi necə sinifdən-sinfə keçirim?! Valideyn övladını müəllimlər tərəfindən döyüldüyünü iddia edərək 4-cü sinfə qədər dörd dəfə müəllim dəyişib. Şagird 5-ci sinfi oxumadığına görə təkrar həmin sinifdə təhsilini davam etdirməlidir. Məktəbə də gəlməyib ki, qiymətləndirmə barədə məlumatlı olsun. Qaldığı ünvanı da dəyişdiyindən bilmirik harada yaşayırlar".
Məktəb direktoru şagirdi sinifdə saxlayır, valideyn təhdid edilir - İDDİA
29
iyun
15:34

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil Nazirliyi pandemiya zamanı övladını məktəbə göndərmək istəməyən valideynlər üçün ŞƏRTLƏRİ AÇIQLAYIB
Övladını məktəbə göndərməyənlərin diqqətinə
Bu gün Bakıda 44 686 şagird I sinfə gedib
4000-dən çox şagird sinifdə qaldı
135 nömrəli məktəbdə 8 Mart “hazırlığı”: "Müəllim pul verməyən şagirdləri incidir, gözdən salır..."
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək? - AÇIQLAMA
Daha bir məktəb koronavirusa görə bağlandı
Gəncə təhsilində ÖZBAŞINALILQ - NARAZILIQ!
I sinfə şagird qəbulunun vaxtı bitdi
Qaxda övladlarımıza təhsili KİMLƏR VERİR? - Biabırçılıq
"Təhsil Nazirliyi rüşvət alan məktəb direktorunu işdən azad edə bilmir”
“Məktəbləri açmaqla insanları çaş-baş salıblar“ - “Uşaqlarımı dərsə buraxmıram“
2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
Bakıda daha 3 məktəb koronavirusa görə BAĞLANDI
"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR
Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLAR
Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var
“Bilik günü” onlayn qaydada keçiriləcək
Bakıda daha üç məktəb koronavirusa görə bağlandı - RƏSMİ
Bakıda daha iki məktəb koronavirusa görə bağlandı
Məktəb direktoru və müavinləri cəzalandırıldılar
Bakıda müəllimlər arasında koronavirusa kütləvi yoluxma: İki məktəb bağlandı - RƏSMİ
Gəncədə daha iki məktəb bağlandı
Yəhya Abbasov 244 saylı məktəbdə təkcə bayramlarda pul yığmır,həm də…
Bu cür məmurları azad edilmiş Kəlbəcərimizə yaxın buraxmaq olmaz... - İTTİHAM
Onlarla məktəb direktoru cəzalandırılıb - SƏBƏB
“2” alan şagirdlər yuxarı sinfə keçirilməyəcək
147 saylı məktəbdə qalmaqal: Sinif rəhbəri valideyni təhqir etdi...
Şagirdlər onlayn dərslərə qatıla bilmir - Virtual Məktəb niyə işləmir?
- Ayşvariya TANINMAZ HALDA - FOTO
- Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
- Təyyarənin ən çirkli 5 yeri
- Kaan ata oldu
- Oğlu ilə gəlini ayrı evə çıxıb
- Rusiyanın gücü ABŞ və Kiyevi danışıqlara məcbur edəcək
- Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib
- Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilir
- Maks Ferstappen sərxoş vəziyyətdə Qətər Qran-prisini qazanıb
- Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi
- Qəhvəni gündəlik içməyin ziyanı və faydaları
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Mədəaltı vəzi məhv edən QİDALAR
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsinə başlayıb
- Bu yolda məhdudiyyət tətbiq edilib (FOTO)
- "Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmalıyıq" - Stoltenberq
- Sabahın havası açıqlandı
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi