Vətən Müharibəsi şəhidi Elgün Paşayevin atası vəfat edib. 
Bu barədə deputat Vüqar Bayramov məlumat yayıb. O bildirib ki, Füzuli rayonunun Zərgər kəndindən olan şəhid atası İlham Paşayev üç gün əvvəl dünyasını dəyişib. Şəhid atası İ. Paşayev xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, Bakıda yerləşən xəstəxanaların birində müalicə olunurdu.
Qeyd edək ki, şəhid E. Paşayev Vətən müharibəsinin ilk günlərində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimizin atası vəfat etdi- FOTO