Xəbər verdiyimiz kimi, Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyunun 23-də Ağdam rayon Quzanlı qəsəbə sakini olan 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Məlumatla əlaqədar Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.
***15:47
Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.
Rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.
17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib.
S.Quliyevanın 16 yaşı tamam olmadan öncə cinsi əlaqədə olması ilə bağlı Ağdam RPŞ-də araşdırma aparılır. (qafqazinfo)