Gənc icra başçısı baş redaktoru cərimələtdi
12-08-2020, 15:25
374

Gənc icra başçısı baş redaktoru cərimələtdi

Neftçala Rayon İcra hakimiyyətinin başçısı Mirhəsən Seyidov Bizimxeber.az saytını 3000 manat cərimələdib.
Bu barədə saytın baş redaktoru Ədil Hüseynli məlumat verib. Onun sözlərinə görə, Mirhəsən Seyidov icra başçısı vəzifəsinə yeni təyin ediləndə barəsində tənqidi yazı verilib. “Sonradan icra hakimiyyətinə yaxın şəxslər zəng vuraraq yazıda qaldırılan problemin həllini tapacağını bildirdilər və materialın saytdan çıxarılmasını xahişl etdilər. Əks təqdirdə məhkəməyə verəcəklərini dedilər. Biz də hesab etdik ki, əgər problem həllini tapırsa o zaman qarşıdurmaya getməyək. Beləliklə, yazını çıxardıq. Amma bundan sonra icra hakimiyyəti bizi məhkəməyə verib, saytda olmayan yazıya görə 20 000 manat təzminat və təkzib tələb ediblər. Neftçala Rayon Məhkəməsi də saytımızı 3000 manat cərimələyib”, - deyə baş redaktor bildirib.
Ədil Hüseynli əlavə edib ki, icra başçısının bu addımı söz və mətbuat azadlığına qarşı çıxmaqdır: “Məqsədi bizi susdurmaq, rayonda baş verənlər barədə yazılmasının qarşısını almaqdır. Amma olmayacaq. Problem harda var, biz orda olacağıq. Eyni zamanda məhkəmənin ədalətsiz qərarını ləğv etdirmək üçün hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”. (Yenisabah)

Oxşar xəbərlər

Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
İcra başçısı məhkəməyə verildi
İcra başçısı karantin qaydalarını belə pozdu - FOTO
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
"Yardımlı rayonuna yardım edin, bizi Mirzəyev klanından qurtarın..." - Sakinlər müraciət etdi...
İcra başçısı özünə birinci müavin təyin etdi
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
Gənc icra başçısı prezidentin etimadını belə doğruldur? – Dəniz sahilində özünə İstirahət Mərkəzi tikdirir...
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır”
Saatlıya təyin olunan icra başçısı kimdir?
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
Yasamalın icra başçısı obyektlərdən pul yığdırır? - Sahibkar pul vermədiyinə görə obyekti dağıdılıb...
Saxlanılan icra başçısının ittihamları məlum oldu
İcra başçısı karantinə alındı