TƏBİB: Azərbaycanda gələn həftədən testlərin keçirilməsinə başlanılacaq
12-08-2020, 16:29
207

TƏBİB: Azərbaycanda gələn həftədən testlərin keçirilməsinə başlanılacaq

"Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mübarizədə növbəti həftədən seroloji testlərin keçirilməsinə başlanılacaq".
Bunu tibb üzrə fəlsəfə doktoru, TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq: "Həmin şəxslərə zəng etdikdən sonra razılaşdıqları halda qeydiyyatda olduqları poliklinikada hazırlanmış tibbi heyət həmin şəxslərin evinə yaxınlaşıb qan nümunələri götürəcəklər. Layihənin məqsədi əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.
Bəzi şəxslər koronavirusu asimptomatik keçirir. Yəni, həmin şəxsin heç bir xəbəri olmur ki, bu xəstəliyi keçirib, ya yox. Testlər vasitəsilə yoxlanılacaq ki, həmin şəxslərdə xəstəliyə qarşı immunitet formalaşıb, yoxsa yox".
Q.Ələkbərova qeyd edib ki, layihəyə Bakı şəhərindən başlanılacaq: "Bakıda 1500-ə yaxın şəxs tədqiqata cəlb olunacaq. Daha sonra Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək. Analizlər tam təmənnasız götürüləcək. Analiz zamanı vətəndaş istəsə, qanın ümumi analizi də ödənişsiz icra olunacaq. Analizlər alındıqdan sonra laboratoriyalara göndəriləcək. Nəticə əldə edildikdən sonra maksimum 2-3 gün ərzində vətəndaşlara məlumat veriləcək. Statistik məlumatlar toplandıqdan, tam nəticələr əldə edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək".
Q.Ələkbərova bildirib ki, testlər 18-65 yaş qrupunda olan şəxslər arasında aparılacaq: "Bu şəxslər təsadüfi seçilənlərdir. 1-10 yaş arası uşaqlarda immunitetin formalaşması daha gec olur. Onlarda analiz daha çox neqativ nəticə verir. 65 yaş üzərində də nəticələr eynilə digər qrupdakı kimidir. Seçdiyimiz şəxslər hansısa risk qrupuna aid olan şəxslər deyil".
İşçi qrupun rəhbəri vurğulayıb ki, ABŞ qurumu tərəfindən təsdiq edilmiş testlərdən laboratoriyalarda istifadə olunacaq:" Bu testlərin spesifikliyi, yeni yalnış nəticəsi çox aşağıdır, 100 faizdir, həssaslığı isə 90-96 faiz arasındadır. İstifadə olunan testlər Almaniya istehsalıdır. Güvənilir nəticələr əldə ediləcək". (APA)

Oxşar xəbərlər

TƏBİB: Hazırda testlərlə bağlı vətəndaşlara zənglər edilir
Gələn həftədən aparılacaq testlərin məqsədi açıqlandı
Gələn həftə Gəncə və Sumqayıtda da seroloji testlərə başlanılacaq
"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq? – TƏBİB açıqladı
TƏBİB: Məscidlər açılmayacaq
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər
Azərbaycanda koronavirusa görə ekspress testlər tətbiq olunacaq - RƏSMİ
Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR
Deputatlar təcili parlamentə çağırıldı - Nə baş verir?
Professora TƏBİB-də vəzifə verildi - Foto
“Azərbaycanda koronavirusa görə itkilərin sayı çox-çox az olub” - TƏBİB
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
“İstənilən halda hər birimiz bu virusa yoluxacağıq”
Bu videonu çəkənlər axtarılır – "Cinayət işi başlanılacaq"
"Koronavirus hər il olacaq" - Adil Qeybulla
Azərbaycanda indiyədək 1095543 koronavirus testi aparılıb
“Koronavirus pandemiyası könüllülük prioritetlərinin də miqyasını genişləndirib”
"Çünki ölkə üzrə sərt karantin elan olunsa da, hələ aprel ayından Şəkiyə gediş-gəliş kəsilmədi" - AÇIQLAMA
Rusiyada vaksinasiya hərbi yolla aparıla bilər
Azərbaycanda koronavirus peyvəndi ilk növbədə kimə vurulacaq? - AÇIQLAMA
Ramin Bayramlı: “Vaksinasiya könüllü olacaq”
Rusiyadan təxliyyə edilən 33 azərbaycanlının koronavirus testi pozitiv çıxdı
TƏBİB rəsmisi: “Bu gün üçün reanimasiyada olan xəstələrin sayı çoxdur”
Koronavirusa yoluxan şəxs neçə gün sonra digərləri üçün təhlükəli deyil? - Açıqlama
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi? - AÇIQLAMA
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama