Qaçqın və Məcburi Köçkün məsələsi hələ uzun müddət, bəlkə də on illər bundan sonra da Azərbaycan dövləti üçün ağır problem olaraq qalacaq. Lap fərz edək ki, Dağlıq Qarabağı və ətrafındakı rayonları mənfur erməni işğalından azad etdik. Problem qurtardımı ? Əlbəttə yox. Dağıdılmış rayonların, kəndlərin yenidən qurulması, yolların, digər infrastrukturların yaradılması, yüzlərlə məktəbin, xəstəxanaların tikilməsi, 1 milyona yaxın insanın evlə təmin edilməsi və daha nələr, nələr. Sözümün canı odur ki,adına qısaca “Qaçqınkom” dediyimiz dövlət qurumu Azərbaycan dövləti üçün az qala Müdafiə Nazirliyi qədər strateji qurumdur. Çoxları hələ də Qaçqınkom-un əsl funksiyasını və mahiyyətini anlamağa çətinlik çəkir. Niyə və nə üçün ? Mən görülən müsbət işləri qətiyyən inkar etmirəm. Ancaq cəmiyyətimiz gözəl bilir ki, Qaçqınkom deyəndə hamının ağlına qaçqın pulu hesabına varlanmaq, qaçqınlara dövlət tərəfindən ayrılan milyonların hesabına villalar almaq, xaricdə mülkiyyət sahibi olmaq və s neqativ hallar keçir. Bəli, çox təəssüf ki, Əli Həsənovun komitə sədri olduğu uzun dövr ərzində bu komitənin imici və reputasiyası çox ləkələnib. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Rövşən Şükür oğlu Rzayev yeni sədr olunanda çoxları düşünürdü ki, komitənin fəaliyyətində ciddi müsbət dəyişikliklər olacaq. Təəssüf ki, qaçqınların gözləntiləri və ümidləri özünü doğrultmadı. Yeni sədr Rövşən Rzayevin hörmət və nüfuz limiti başa çatdı. Xeyli müddətdir ki, qaçqın və məcburi köçkünləri bir məsələ ciddi narahat edir. Belə ki 30 ilə yaxın müddətdə bazarda, yaxud digər hansısa ağır sahədə çalışıb özünə bir ev-daxma alan, onu rəsmləşdirən, yəni həmin daxmasına “kupça” alan məcburi köçkün avtomatik olaraq qaçqın statusunu itirir. Görəsən ikinci ali təhsili hüquqşünas olan Rövşən Rzayev bilmir ki,məcburi köçkün və qaçqın beynəlxalq normalara əsaslanan statusdur. Qaçqını bu statusdan necə mərhum etmək olar ? Eyni məntiqlə qaçqın sabah güc-bəla ilə özünə köhnə bir JİQULİ alsa onda da qaçqın statusundan mərhum ola bilər? Yaxud bahalı kostyum geysə,yaxud arvadına şuba alsa necə olacaq ? Arvad dedim daha bir problem yadıma düşdü. Cənab sədr Rövşən Rzayevin nəzərinə çatdırmaq istəyirəm ki, qaçqın və məcburi köçkün qız qaçqın olmayan oğlanla ailə quran kimi statusunu itirir. Niyə ? Bir daha təkrar edirəm ki, bu məsələ ərə getməklə tənzimlənmir axı. Sabah həmin qadın ərindən boşansa, onun statusu bərpa olunacaqmış cənab Rzayev ? Cənab sədr ! Axı, qaçqına verilən pul onun kommunal xərclərinə və dolanmağa verilir. El arasında “çörək pulu” deyirlər. Statusdan mərhum olan yüzlərlə qaçqın “kupça”nı yeyəcək ? Bir sözlə,cənab sədr, siz də Əli Həsənov kimi məcburi köçkün və qaçqınların problemini həll etmək əvəzinə tamaşa göstərirsiz. Sizə göstərilən etimad limiti başa çatıb, cənab Rövşən Rzayev.
Qaçqın və məcburi köçkünlər “KUPÇA”nı yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
12
avqust
17:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qaçqınkom AİLƏ-ləri dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
“Qaçqınkom”un sədri Rövşən Rzayev xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO
“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
Rzayevin 2 ili ...
Məcburi köçkün məktəblərində ciddi problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
“Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”
Fuad Muradov Rövşən Rzayevlə şərikliyə niyə son qoydu? – Fakt
Əli Həsənovun nəvəsinin Avropadakı biznesi üzə çıxdı (FOTOLAR)
Tərtərdə RİH-i başçısının sürücüsü hansı əsasla məcburi köçkünə məxsus mənzildə yaşayır?—ŞOK FAKTLAR
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Rövşən Rzayevin “qayğıları”: “Kebabzade” şəhid evinə getməyi “Qaçqınkom” sədrinə unutdurdu...
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür"
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Prezident İlham Əliyev: "Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq"
Komitənin qarşısından ucalan qarğışlar
"Qaçqınkom"da etiraz- Sədr şikayətçilərin qarşısında söz tapa bilmədi-VİDEO
Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq
Türk Şurasının Baş Katibliyi “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
Qaçqınkomun sədri Rövşən Rzayev hansı işlərlə məşğuldur?
“Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntüləri
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
45 və 212 saylı məktəblərdə nələr baş verir ?
- Qızıl və gümüş ucuzlaşdı
- 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub
- Bir ayda necə arıqlamaq olar? - Dietoloqların sadə sirri
- İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək
- Keçmiş yeznələrini küçədə öldürdülər
- 117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi
- Avtobusların iştirakı ilə baş verən QƏZALAR - VİDEO
- Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO
- Putin və Rəisi Qarabağı müzakirə etdilər
- “Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
- General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
- Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər