Yol çəkən, yoxsa yol kəsən Qurban Əliyev ?
12-08-2020, 17:52
834

Yol çəkən, yoxsa yol kəsən Qurban Əliyev ?

Bu gün məmləkətdə nə qədər yol çəkmək, işıq çəkmək adı ilə yol kəsən, işıq kəsən şirkətlər peyda olub. Hamısının da rəsmi dövlət qeydiyyatı, hələ üstəlik böyük məbləğdə tenderlərin də qalibi olurlar. Amma hesablarını qurdalasan bəlli olacaq ki, yüz minlik tenderin qalibi olan bu şirkətlərin 10 manatlıq nizamnamə fondu var. Belə biabırçılıq heç harda ola bilməz. Belə yol kəsən şirkətlərdən biri də “Turan yol” qrup MMC-dir. MMC-nin rəhbəri isə Qurban Əliyev adlı birisi. Adamdan soruşarlar ki, nizamnamə fondu 10 manat olan bu şirkətlər yol çəkmək üçün lazım olan müasir avadanlıqları haradan ala bilər? Biz hələ savadlı mütəxəssislərdən, yol mühəndislərindən,fəhlə heyətindən və s danışmırıq. Görəsən, kağız üstündə mövcud olan amma böyük miqdarda pulların nağdlaşdırılmasında iştirak edən bu MMC-lərə kimlər himayədarlıq edir..? Axı tenderi udmaq üçün xeyli sayda şərtlər və kriteriyalar mövcuddur. Özü də Qurban Əliyevin şirkətinin adına baxın: TURAN YOL... Atalar demişkən kasıb itinin adını GÜMÜŞ qoyar. Şikayətçilərin dediklərindən bəlli olur ki, bu şirkətin qanuni ünvanı yoxdur. Yalandan görüntü və fırıldaq üçün şəhərin müxtəlif ünvanlarında müvəqqəti ofislər kirayələyirlər və iş icraçılarını müxtəlif ünvanlarda qəbul edib saxta müqavilələr bağlayırlar. İş görülüb qurtarandan sonra Qurban Əliyev və dostları aradan çıxırlar. Arada kasıb-kusub fəhlələrin çörək pulu, əmək haqqları batıb gedir. İş icraçılarının dediklərindən bəlli olur ki, Qurban Əliyevin yaxın qohumu yüksək vəzifədə işləyir və yol tikintisi ilə bağlı tenderləri udmaqda qohumu ona dəstək olur. Zərərçəkənlər dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət etsə də heç bir nəticə olmayıb. Hazırda zərərçəkənlər media vasitəsilə cənab Prezident İlham Əliyevdən xahiş edirlər ki, onlara dəyən zərər ödənilsin, əmək haqlarını alsınıar və fırıldaqçılar cəzalandırılsın.

Oxşar xəbərlər

Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Milyonluq şirkətin kağız üstündəki direktorları
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Oğucda meşədə ağac kəsən kişi öldü
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Moskva “Spartak”ından Qurban Qurbanova təklif?
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
"Bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!?" - İlham Əliyevdən sərt XƏBƏRDARLIQ
Heydər Əliyev Fondu eşitmə qüsurlu uşaqları sevindirdi - FOTOLAR
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Rafael Ağayevə yeni vəzifə verildi
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Bakıda saxta pul əməliyyatları ilə bağlı ilginc iddialar
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Bir manatlıq şirkətə milyonluq tender verildi
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Mədəniyyətə ayrılan büdcə pulları ŞƏKİDƏ BELƏ YEYİLİB - FAKTLAR
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
“17 yaşda evliliyə müstəsna halda icazə var” - Aqil Abbas
Azərbaycanda görünməmiş “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır