Prezidentdən xəbərdarlıq:İşləyə bilməyənlərə qapı açıqdır
12-08-2020, 18:12
265

Prezidentdən xəbərdarlıq:İşləyə bilməyənlərə qapı açıqdır

Əsas mövzuya keçməzdən öncə yaxın keçmişə bir ekskurs edək. Deməli, 2003-cü ildə president seçkilərinə  qızğın hazırlıq gedir. Gənc İlham Əliyevin Prezidentliyə real namizəd olmasını  bəzilər həzm edə bilmir. Bəziləri isə xarici havadarlarının sifarişi ilə  seçkiyə mane olmağa çalışırlar. Həmin dövrdə özünü  xanım-xatun kimi aparmaq istəyən keçmiş dövlət katibi, Liberal Partiyanın sədri Lalə xanım Şövkət guya canıyananlıq, ağbirçəklik edərək məsləhət verirdi: “ Oğlum İlham, hələ gəncsən, ətrafındakı  qoca qurdlar sənə imkan verməyəcək və s…” Ötən  17 il kimin qurd kimlərin çaqqal-çuqal olduğunu ortaya qoydu. Bəli, kimlərsə özünü Boz Kardinal, kimsə özünü Fövqəl nazir, kimsə özünü BARON  ZİYA, kimsə özünü PATRON-zad  hesab edə bilərdilər.  İndi onların hamısı Mirzə Cəlil demişkən, “Bəlkə də qaytardılar…”  ümidi ilə gecələr kolluqda-zadda toplaşıb plan cızırlar. Amma qatar çoxdan gedib. Və 17 illik zaman göstərdi ki,  İlham Əliyev üçün cardinal-zad, baron-filan söhbəti keçərli deyil. Axı, prezident seçiləndən az sonra keçirdiyi ilk müşavirədə İlham Əliyev  Kim mənimlə bir komandada qalıb işləmək istəyirsə, BUYURSUN, kim siyasətlə məşğul olmaq istəyirsə QAPI açıqdır, gedə bilər, dedi  və qapını göstərdi. 17 il əvvəl  olan  bu olayı nə üçün yada saldım. Son müşavirədə cənab Prezident  İlham Əliyev  AZAL-ın, SOCAR-ın, AzDəmirYolun ünvanına çox kəskin fikirlər səsləndirdi: “ AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir” Bəli, cənab Prezdent Cahangir Əsgərova yerini göstərdi. Məlumat üçün  qeyd edək ki, bir neçə dəfə Azalın şefinə ciddi  xəbrdalıq edilib. Amma özündən razı və doğma dilimizdə danışmağı özünə yaraşdırmayan və dar dairələrdə “Mən massonam mənə kimsə   dəyə bilməz”  deyən özündən razı Canikin vaxtı çatıb. Bir daha təkrar edirik ki, cənab Prezident üçün Kardinal, Baron, Masson-zad  söhbəti yoxdur. Azərbaycan dövlətinin maraqları var. Vəssalam.

Oxşar xəbərlər

Lalə Şövkət bu gün əməliyyat olunur
Lalə Şövkətin vəziyyəti ilə bağlı oğlundan AÇIQLAMA
“Prezident ona qapını göstərdi ki, özünü idarə edə bilmirsənsə...” – Siyavuş Novruzov
Bahar Muradova: "Ermənistan rəhbərliyi Njdeyə heykəl qoymaqla dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur"
“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir”
Qusarda sərxoş kişi özünü asdı
“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...
“Teatrın direktoru aktyorların qanını içir”
"Otur aşağı...səndən general olmaz"  cənab Xəqani Cəbrayılov-Xəqani Cəbrayılov yoxsa Cəbrayıl Xəqaniyev?-VİDEO
"Elinanın məktəbi"ndə ara qarışıb - Sevinc Abbasova yenidən direktorluq sevdasına düşüb
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
«Lider-N» MTK-nın rəhbəri Nazim Quliyev Anarı intihara məcbur edir
Mətbuat katibi Nursultan Nazarbayevin səhhəti barədə danışıb
Bakıda əsgər özünü alnından güllələyib öldürdü
Özünü dənizə atan şəxs xilas edildi
Tramp özünü Avram Linkolnla müqayisə edib
Belarusun “Janna Darkı”: "Milli lider olmağa hazıram” – Videomüraciət
Azərbayan Rusiyanın vaksinini alsınmı?
Qaşqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
Bakıda sakinləri qorxuya salan qəribə hadisə - Polis hərəkətə keçdi
İcra başçıları lüks maşınlarını “NAZ-Lifan”a dəyişir - əslində onların özünü dəyişmək vaxtıdır...
Lənkəran məmurları: keçmiş qatil, cinayətkar oğulun "dayağı" və "humanitar diktator"
Bizi çağırsalar nə deyək, ay Vəfadar  Bağırov?-PA-nın sektor müdiri Ramiz Mehdiyevin  kürəkəni  İlham Əliyevin  yaxın qohumudur
Ramiz Mehdiyevdən sonra sifarişli mitinqlər də dayanıb
Tramp prezident seçkilərinə Maykl Penslə gedir
“Prezident belə biabırçılığa dözən adam deyil”
Bakıda 71 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı
“Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı canişini olub” – PARTİYA SƏDRİ
“Ramiz Mehdiyev partiyaya necə gəldi heç bilmədik” – Maksim Musayev sirləri açır...