Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 26-76-cı km-lik hissəsində ( hər iki istiqamət ) 13-15 avqust tarixlərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, sürücülərdən sözügedən istiqamətdə qeyd olunan tarixlərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.