Bu foto ilə məşhurlaşan süpürgəçi işdən niyə çıxarılıb?
8-07-2021, 11:18
83

Bu foto ilə məşhurlaşan süpürgəçi işdən niyə çıxarılıb?

Bir müddət öncə azyaşlı qızı ilə işlədiyi ərazini süpürərkən “Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov tərəfindən şəkli çəkilən və həmin foto ilə ictimaiyyətin diqqətini çəkərək sosial şəbəkələrdə və mediada müzakirə mövzusu olan Şövkət Əliyeva işdən çıxarıldığını bildirir.
Ş.Əliyeva “Qafqazinfo”ya müraciət edərək bildirib ki, mayın 14-də həmin foto geniş yayıldıqdan sonra işlədiyi Səbail rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Paşa Məmmədov onu çağıraraq bu günlərdə işə gəlməməyi, ümumiyyətlə ortalıqda çox görünməməyi tapşırıb:
“Dedi ki, həmin foto çox yayılıb və bizim idarənin adı hallanır. Ona görə tapşırdı ki, evdə olum, işə gəlməyim. Sonra da məni sığınacağa yerləşdirdilər. Bir neçə gün sonra isə Paşa müəllim məni çağırıb dedi ki, Birliyin rəhbəri Elçin Həsənov mənim işdən çıxarılmağımı istəyir. Onların tələbi ilə işdən çıxmaq haqda ərizə yazdım, məni zorla işdən çıxartdılar”.
Şövkət Əliyeva bildirib ki, fotosu yayılandan bir müddət sonra biznes mərkəzlərinin birindən ona xadimə işləmək təklif olunub: “Mənə dedilər ki, tualetlərin təmizliyinə baxacaqsan, 350 manat maaş alacaqsan. Amma süpürgəçi işləyəndə maaşım 470 manat idi. Mən də dedim ki, tualet təmizləyə bilmərəm, iyrənirəm. Onlar da dedilər ki, işləmək istəyənə oxşamırsız”.
Səbail rayon MKİS rəisi Paşa Məmmədov açıqlamasında bildirib ki, Şövkət Əliyeva həmin foto yayılandan sonra uzun müddət işə gəlməyib: “O xanıma işə gəlməməsi, ortalıqda görünməməsi haqda heç bir tapşırıq verilməyib. Özü işə gəlmədi, ondan sonra başqa yerdə iş tapdığını bildirib bizdəki işindən çıxmaq istədiyini dedi. İyunun 14-də ərizə yazaraq işdən çıxdı, amma bir müddət sonra isə həmin işi alınmadığı üçün geri qayıtdı. Onda isə biz artıq həmin yerə başqa işçi götürdüyümüz üçün Şövkət xanımı işə qaytarmaq alınmadı”.
Paşa Məmmədov əlavə edib ki, Şövkət Əliyevanın azyaşlı övladı ilə ərazidə işləməsi düzgün deyil: “Bir neçə gün uşağı harasa qoymağa yer tapması üçün ona güzəşt edilib. Amma fotoya görə narazılıq olmayıb”.

Oxşar xəbərlər

İşdən çıxarılan süpürgəçi qadının köməyə ehtiyacı var - VİDEO
Nazir daha bir rəisi işdən çıxardı - FOTO
Maradonanın nəşi ilə fotosuna görə işdən qovuldu
İşdən çıxarılan rəis Ramiz Mehdiyevin qardaşı oğludur (Foto)
Səlim Müslümovun qohumu olan Baş həkim işdən çıxarıldı (Foto)
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
AzTV-yə 5 ay əvvəl təyin olunan müdir İŞDƏN ÇIXARILDI
"Xəzər” TV-dən zorla çıxarılan işçi Murad Dadaşova nələr yazdı? – Şok məktub
İşdən çıxarılan müəllimdən İNTİHAR XƏBƏRDARLIĞI: - “Bezmişəm, özümə qəsd edəcəm...”
“Azsığorta”da NƏ BAŞ VERİR: Rəhbərlikdə kütləvi ixtisar - sədrdən sonra müavin də çıxarıldı
“Azsığorta”da NƏ BAŞ VERİR: Rəhbərlikdə kütləvi ixtisar - sədrdən sonra müavin də çıxarıldı
Vilayət Eyvazov Xocalının yol polisi rəisini İŞDƏN ÇIXARDI
Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri işdən çıxarıldı
Xidməti avtomobildə cinsi əlaqəyə girən polislər işdən çıxarıldı - Foto
AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Direktor işdən çıxarıldı - Valideynlər ayağa qalxdı
Vəzifəli şəxslərin eyni gündə istefa verməsinin səbəbi bilindi
Vilayət Eyvazov rəis müavinini İŞDƏN ÇIXARDI
"Dedilər ki, bizim dediyimizlə oturub-durmalısan..." - NARAZILIQ!
Nəcməddin Sadıqovun keçmiş yavəri niyə işdən çıxarılıb?
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Nazir 43-cü bölmənin rəisi və 4 əməkdaşını İŞDƏN ÇIXARDI
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
Gilan Orchards MMC qanunlara tabe olmur - GİLEY
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifədən qovuldu
Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Bu il 21 meşə gözətçisi işdən kənarlaşdırılıb
Baş həkim vəzifəsindən azad edildi - SƏBƏB
"Gilan Holdinq"in prezidenti bu işə qol qoyacaqmı? - GİLEY