Azərbaycanda doğuş zamanı baş verən ölüm halları ilə bağlı statistika hər gün artır. Bu barədə dəfələrlə həyəcan təbili çalınsa da, hələ ki önləyici tədbirlər görülməyib. Azərbaycan səhiyyəsindəki qüsurlardan, həkim etinasızlığından əziyyət çəkənlərdən biri də Əhmədovlar ailəsidir.
Bu ailə aprelin 19-da Abşeron rayon Mərkəzi Xəstəxanasında qızları Aysel Məhərrəmovanı itirib. Xəstəxanadan səbəb olaraq qəflətən qıcolma göstərilsə də, ata Nazim Əhmədov qızının ölümündə həkim Kəmalə Atakişiyevanın günahkar olduğunu deyir. Onun sözlərinə görə, yoxlama zamanı qızı Ayselə iynə vurulub və bu onu şok vəziyyətinə salıb, həkimlər ilk əvvəl hadisəni gizlətməyə çalışsalar da, Ayselin vəziyyəti ağırlaşdığı üçün onlar ailəni xəbərdar etməyə məcbur qalıblar:
“Mənim qızım Məhərrəmova Aysel Nazim qızı 19 aprel 2021-ci il tarixində anası Əhmədova Güllü ilə birlikdə 2-ci övladını dünyaya gətirmək üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına gedib. O, xəstəxanaya sərbəst halda daxil olub. Abşeron rayon Mərkəzi Xəstəxanasının Mamalıq-Ginikologiya Şöbəsinin müdiri Kəmalə Atakişiyeva qızım Ayseli qəbul edib və hər şeyin qaydasında olduğunu bildirib. Həmin gün səhər saat 10:30 radələrində qızım anası ilə telefonla sərbəst danışıb. Aradan 30 dəqiqə keçəndən sonra Kəmalə Atakişiyeva həyətə düşərək, “Qızınızın övladı oldu, hər şey qaydasındadır”,-deyərək yoldaşımı arxayın edib və evə yola salıb. Bu zaman həmin şöbədə işləyən xadimə xanım yoldaşıma, “Bəlkə, getməyəsən”,- deyə müraciət edib. O da narahatlıq keçirərək nə baş verdiyini soruşub, lakin xadimə heç nə olmadığını deyib. Bu da bizə Kəmalə Atakişiyevanın cinayəti gizlətdiyini deməyə əsas verir. Həmin hadisədən sonra yoldaşım yemək hazırlamaq üçün evə gəlib və təxminən bir saat sonra xəstəxanadan zəng edərək, “Geri qayıt, Ayselə dərman lazımdır”,-deyiblər. Güllü xanım xəstəxanaya çatanda həkim Kəmalə Atakişiyeva deyib ki, qızınızın vəziyyəti pisləşib. Qohum-qardaş xəstəxananın qarşısına yığılanda xəstəxananın rəhbərliyi mühafizə dəstəsi çağıraraq bizə xəstəxanaya daxil olmağa, nə baş verdiyini öyrənməyə imkan verməyib, bu yolla da öz cinayətlərini ört-basdır ediblər. İndi də bir qrup cinayətkar həkim ekspertlə əlbir olaraq övladımın müəmmalı ölümünü gizlətməyə çalışır. Ölüm səbəbi olaraq qəflətən qıcolma göstərilir. Əlbəttə ki, bu onların uydurduğu böyük bir yalandır, bizim övladımızın heç bir qıcolması olmayıb. Sadəcə yoxlamadan övladıma vurulan iynə onu şok vəziyyətinə salıb və ölüb”.
Birinci Qarabağ müharibəsi veteranı Nazim Əhmədov Abşeron rayon prokurorluğunun da məsələyə biganə yanaşdığını qeyd edib:
“3 ay yersiz süründürməçilikdən sonra Abşeron rayon prokurorluğunun müstəntiqi Bəxtiyar Göyüşov həkimlərin açıq cinayətinin olmasına baxmayaraq, “Sizin işə xitam verildi”,- deyə bizə məlumat verdi. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsəm də, Abşeron prokurorluğu mənim gənc övladımın ölümünə çox biganə yanaşır. Çünki Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova keçmiş baş prokuror Zakir Qaralovun yaxın qohumudur. Dövlətimdən bu məsələnin aydınlaşdırılmasını istəyirəm”. Yenisabah.az
Zakir Qaralovun qohumunun xəstəxanasında müəmmalı ölüm - Prokurorluq işə niyə xitam verdi?
08
iyul
12:05

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni doğulan uşaq 1 gün sonra öldü
Şamaxıda körpə doğuş zamanı ölüb
Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi
Salyan MRX -da biabırçılıq - Salyan MRX-da doğuşdan sonra ölən ananın meyidini təhvil almaq üçün saatlarla həkim tapılmadı VİDEO
"Xəstəxanaya gətirilməzdən əvvəl nəvəmlə oynayıb deyib-gülürdü" - GİLEY
Cəlilabadda əkiz uşaq dünyaya gətirən ana öldü
Əlilin amputasiya olunmuş ayağı təzədən uzanmır, cənab Sahil Babayev-Abşeron səhiyyəsində Zakir Qaralovun qohumları at oynadır
Koronavirusdan ölüm sayı niyə artır? - AÇIQLAMA
Rəmişin ölümünə görə həkim cəzalana bilər? - AÇIQLAMA
Bura səhiyyə ocağı deyil, əsl bazardır... - GİLEY
50 yaşlı kişi yaxın qohumunun 18 YAŞLI QIZINI QAÇIRDI - Əvvəl də 15 yaşlı qızı...
"Atamın o halını görəndə ürəyimiz partladı" - Arif Quliyevin qızı
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim
Şirvan Şəhər Doğum Evi xəstədən rüşvət tələb edib?
Mərkəzi xəstəxanada daha bir ana ÖLÜMÜ
Kürdəmirdə xəstələrin tək ümidi Allahdır... - GİLEY
Kürdəmirdə qəhrəman əsgərimizin anası ÇƏTİN DURUMDA! - NARAZILIQ...
Sabirabad Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ÖLDÜ
Bərdə xəstəxanasında biabırçı olay - Üzrü səhvindən betər... (SƏS YAZISI)
Qızına qarşı əxlaqsızlıq edən ata həbs edildi
Gəlinin qayınatasını bıçaqlaması ilə bağlı YENİ XƏBƏR: - 20 gün əvvəl...
Qarabağ əlilinin bacısı səhiyyə naziri Oqtay Şirəliyevlə görüşdü
Əlibaba Məmmədovun qızı vəfat edib: "Bizdə əksinə oldu"
Həkimlər qızı olan anaya oğlan uşağı verib - Azərbaycanda ŞOK
Gəncədə həkimlərin maaşı kəsildi – Səhiyyə işçiləri İH-ə yürüş etdilər
Quba Xəstəxanasında əlillik dərəcəsi üçün rüşvət şəbəkəsi... - İTTİHAM
Göyçayda özünü asan oğlanı anası son anda xilas etdi
İsmayıllıda doğuş zamanı FACİƏ - İki uşaq anası öldü
Canımızı vermişik ki, kresloda otursunlar? – Gəncə xəstəxanasında qazilərə laqeydlik…
Tovuz xəstəxanasında biabırçılıq: Xəstə qazilərimizə kömək edən olmadı - VİDEO
- Tokayev Aİ-yə Qazaxıstan neftini almağı təklif edib
- “Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi
- Roza: “Məni çox adam istəyə bilər, hələ cavanam“
- “2018-ci ilin hadisələrinə hüquqi qiymət verilməlidir“ - Erməni deputat
- Türk ordusu daha 9 terrorçunu zərərsizləşdirdi
- "Rusiyanın ölü və yaralı hərbçilərinin sayı 115 minə çatıb" - Podolyak
- BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"
- Bir avro 64 rubla çatdı
- Dolların məzənnəsi sabit qaldı
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?