Mikayıl Cabbarovdan yeni təyinat
13-08-2020, 17:24
145

Mikayıl Cabbarovdan yeni təyinat

İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları aparılıb.
Nazirlikdən verilən məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Allahverdi Paşayev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib. 
Qeyd edək ki, Allahverdi Paşayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin may ayından yeni vəzifəyə təyin edilənədək isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.
Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsi isə Ülvi Mansurova həvalə edilib.
Ülvi Mansurov 2012-2015-ci illərdə Britaniyanın Uorvik Universitetində təhsil alıb, “Warwick Business School” proqramının məzunudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, “Bank Technique” İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, “Azərpoçt” MMC-nin baş direktoru vəzifələrində çalışıb. Son təyinatına qədər isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Oxşar xəbərlər

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
İqtisadiyyat Nazirliyində yeni təyinat olub
“Günay Sığorta”da yeni TƏYİNAT
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Mədəniyyət Nazirliyində yeni təyinat olub
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
AzTV-də yeni təyinatlar - SİYAHI
Vilayət Eyvazovdan yeni təyinat
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ
“Azərişıq” rəhbərinin biznesi çiçəklənir
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
İcra başçısı həbs olunan rayonda YENİ TƏYİNAT
“BakuBuild 2019” sərgisi işə başladı
"Azərbaycan Sığortaçılar Assosiasiyası"nda yeni təyinat olub
Türkiyə səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
“Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinat olub
Sahil Babayevdən yeni TƏYİNAT
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
Baş Prokurorluqda yeni şöbə rəisi təyin olundu
Emin Əmrullayev təhsil naziri oldu - Foto
Vilayət Eyvazovdan yeni TƏYİNAT