“Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası dövlətimizin mövqelərini kifayət qədər gücləndirib” - RƏY
9-07-2021, 13:09
77

“Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası dövlətimizin mövqelərini kifayət qədər gücləndirib” - RƏY

İyulun 9-u Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır.
 
Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycanın son 1 il ərzində imza atdığı diplomatik uğurlar barədə danışıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası sayəsində dövlətimiz beynəlxalq aləmdə mövqelərini kifayət qədər gücləndirib.
 
E.Nəsirov vurğulayıb ki, əvvəllər olduğu kimi, 2020-2021-ci illərdə də Azərbaycan uğurlu xarici siyasət kursunu həyata keçirməyə davam edir: “Cənab Prezident İlham Əliyev dövlətimizin xarici siyasət kursunu müəyyən edir. Azərbaycanın xarici siyasəti bizim milli maraqlarımızın beynəlxalq aləmdə müdafiəsinə istiqamətlənib. Prezident tərəfindən xarici siyasət əsasən ikitərəfli münasibətlər formatında müəyyən edilib. Çünki ikitərəfli münasibətlər yaxşı inkişaf edəndə bu, üçtərəfli, dördtərəfli, hətta altıtərəfli münasibətlərin yaranmasına zəmin yaradır. Burada qonşu ölkələrlə münasibətlər prioritet sahədir. Beləliklə, Azərbaycan qonşu Gürcüstan və İran, həmçinin Rusiya və sözsüz ki, qardaş Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bunun nəticəsidir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ərzurum kimi strateji əhəmiyyətli layihələr icra edilir. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri kifayət qədər güclənib”.
 
Deputat xatırladıb ki, ötən il dünyada, eləcə də Azərbaycanda xüsusən pandemiya ili kimi yadda qalıb: “Bu məsələdə də Prezident İlham Əliyev həm milli və regional, həm də beynəlxalq səviyyədə ümumbəşəri bəlaya qarşı çox ciddi töhfələr verdi. Ölkədə təkcə 2020-ci ildə 644 milyon manat vəsait pamdemiyaya qarşı mübarizəyə sərf edildi. Cari ilin büdcəsində isə müvafiq məsələyə 261 milyon manat vəsaitin ayrılması planlaşdırılıb. Pandemiyanın yaratdığı iqtisadi çətinliklərin aradan qaldırılması üçün dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrılıb və nəticələr ürəkaçandır. Belə ki, pandemiya ilə mübarizədə dövlətimiz ciddi nailiyyətlərə imza atıb. Bu məsələdə ölkə Prezidentinin Türk Şurasının xüsusi sammitinin və Qoşulmama Hərəkatının zirvə toplantısının təşkilinə nail olduğunu xüsusi vurğulamaq lazımdır.  Bütün bunlar sübut edir ki, Azərbaycan olduqca uğurlu xarici siyasət kursunu həyata keçirir”.
 
E.Nəsirov həmçinin Azərbaycanın ən böyük hərbi və diplomatik uğuru hesab edilən Vətən müharibəsi və ermənilər tərəfindən postmüharibə dövründə mina xəritələrinin təhvil verilməsi məsələsinə də toxunub. Parlament üzvü bildirib ki, 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu şanlı zəfərə imza atıb: “Ərazi bütövlüyümüzün təmin olunması ilə regionda yeni reallıq yarandı. İndi isə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında yenidənqurma və bərpa işləri uğurla həyata keçirilir. Hesab edirəm ki, tarixi qələbənin əldə edilməsində diplomatiyamızın üzərinə çox böyük məsuliyyət düşdü. Azərbaycan həm hərbi və diplomatik, həm də informasiya cəbhəsində mübarizəsini uğurla başa vurdu. Yəni, tarixi qələbəmizin təmin edilməsində diplomatiyanın rolu əvəzedilməzdir. Uğurlu diplomatik addımlar sayəsində bir çox dövlətlər bizim haqq işimizi müdafiə etdi, eyni zamanda bir sıra ölkələrin bu prosesdə neytrallığı təmin edildi. Fürsətdən istifadə edib, bütün diplomatları peşə bayramı münasibətilə ürəkdən təbrik edir və onlara möhkəm can sağlığı arzulayıram”.

Oxşar xəbərlər

Əli Həsənov 20 ildir tutduğu bu vəzifədən də azad olundu
"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq" - Ağalar Vəliyev
Əli Həsənovun yerinə sabiq səfir TƏYİN EDİLDİ
Diplomatik korpusun nümayəndələri Ağdam və Tərtərə səfər edir
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
“Bəzi marginal qüvvələr hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir”
Bu gün Hikmət Hacıyevin ad günüdür
“Azərbaycanın inkişafı, beynəlxalq nüfuzu Soros şəbəkəsini narahat edir” - Deputat
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
Müsavat başqanından Azərbaycanın xarici siyasət kursuyla bağlı açıqlama: “Alqışlayıram!“
Polad Bülbüloğlunun Qarabağ açıqlamasına hökumətdən SƏRT REAKSİYA
Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE
Əli Həsənov da vəzifəsindən azad edilir
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Zakir Həsənovdan Azərbaycan ordusuna TƏBRİK
Yeni Baş nazirdən ilk açıqlama
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq - Hikmət Hacıyev
Hikmət Hacıyev Zəngilan və Cəbrayıla səfərdən yazdı
XİN-də "köhnə"lərlə "yeni"lərin DAVASI... - İDDİA
Azərbaycanda Milli Qurtuluş Günüdür.
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
Köçəryanın təklifi: Bakı ilə münasibətlər qurula bilərmi?
İlham Əliyev Ərdoğana zəng etdi
“Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyub“ - Hikmət Hacıyev
Yeni mədəniyyət naziri kimdir? - DOSYE
Azərbaycana aid nə varsa, hər şey dağıdılıb, məhv edilib - Hikmət Hacıyev
Prezidentdən Leyla Abdullayeva ilə bağlı SƏRƏNCAM
"Qələbəmiz dövlətimizin gücünü nümayiş etdirdi" - İlham Əliyev
İlham Əliyev nazirləri topladı: Yeni tapşırıqlar