AQTA bu şadlıq sarayını cərimələdi
10-07-2021, 13:54
90

AQTA bu şadlıq sarayını cərimələdi

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən verilən məlumata görə, iyulun 9-da Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 2403/04 ünvanında fəaliyyət göstərən “Xəmsə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Belə ki, həmin məkanda müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Həmçinin, şadlıq sarayında aparılan nəzarət tədbirləri zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyi aşkarlanıb. Bununla bağlı inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.

Oxşar xəbərlər

300 nəfərlik toy etmək istəyən şadlıq sarayı BAĞLANDI
“Peçat” dönər evi cərimələndi - SİYAHI
AQTA 155 obyektdə pozuntular aşkarladı
“Əjdaha” dönər evi cərimələndi - SİYAHI
“My Beach” və "Tolishon" restoranları cərimələndi - SİYAHI
“Manqalüstü” restoranı və ”Qala” kafesi cərimələndi - SİYAHI
Karantin tələblərini pozan obyektlər CƏRİMƏLƏNDİ
29 ictimai iaşə müəssisəsi barəsində inzibati tədbirlər görülüb
26 ictimai iaşə obyekti barəsində inzibati tədbir görülüb
“Cratos” restoranı cərimələndi - SİYAHI
Məşhur restoranlar cərimələndi - SİYAHI
42 obyektdə nöqsanlar aşkarlanıb
“Riva Lounge” restoranı və “Kabab house” kafesi cərimələnib - SİYAHI
“Mixək” çay evi və “Şaurma” kafesi cərimələndi - SİYAHI
“Xal-xal” və "999" kafeləri CƏRİMƏLƏNDİ
"McDonalds"da nöqsanlar AŞKARLANDI
Bakıda məşhur restoranlar cərimələndi - TAM SİYAHI
“Qədim Qəbələ” restoranı cərimələndi
“Pak dad” restoranından nöqsan aşkarlandı - SİYAHI
“Buta" kafesi və “Sevinc” restoranı CƏRİMƏLƏNDİ - FOTO
AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı
“Sərin” restoranı cərimələndi
"Mado"da nöqsanlar AŞKARLANDI - FOTO
Məşhur restoranlar cərimələndi
Qaydaları pozan kafe və restoranlar cərimələndi - SİYAHI
Bu müəssisələr cərimələndi - SİYAHI
Daha 27 kafe və restoran cərimləndi
"Veysəloğlu”nun idxal etdiyi toyuq qiyməsi yararsız çıxdı
AQTA Bakıda bu restoranları cərimələdi - SİYAHI
28 müəssisə kobud pozuntulara yol verib