Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
14-08-2020, 10:23
292

Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..

Ayrı-ayrı xarici ölkələrdəki səfirliklərdə, daimi nümayəndəlik və konsulluqlarda külli-miqdarda yeyinti faktları istintaqın əlində!; Maliyyə Nazirliyinin ayırdığı milyonlar mənimsənib; istintaqa cəlb olunduğu deyilən Ramiz Həsənov nəyi və niyə təkzib edir?
Dövlət Təhlükəsizlik Xidmətinin ötən ayın 3-ü və 10-da Xarici İşlər Nazirliyində (XİN) apardığı antikorrupsiya həbslərinin miqyası böyüməkdədir. Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə XİN əməkdaşının həbsindən sonra nazirlikdə digər rəhbər şəxslərin, nazir müavinlərin də istintaqa cəlb olunacağı gözlənilirdi.
Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr zamanı yarıtmaz “evdən işləmək” özfəaliyyətindən sonra biabırçı şəkildə işdən uzaqlaşdırılması istintaqın işinin daha da sürətlənəcəyini göstərirdi.
Musavat.com-a daxil olan yeni xəbərə görə, XİN strukturlarındakı həbslərdən sonra başlamış cinayət işində sensasiya doğuran yeni faktlar üzə çıxıb. Bildirilir ki, cinayət işinin istintaqı həm nazirliyin özündə, həm ayrı-ayrı xarici ölkələrdəki səfirliklərdə, daimi nümayəndəlik və konsulluqlarda maliyyə-təsərrüfat pozuntularını üzə çıxarıb. Külli-miqdarda yeyintiləri əhatə edən maliyyə pozuntularının konkret həcminin müəyyən edilməsi üçün hazırda Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılır. Yoxlamaların ilkin nəticələrinə görə, mənimsənilən vəsaitlər milyonlarla manatı əhatə edir. Bununla bağlı da yaxın günlərdə bəzi diplomatlar istintaqa cəlb olunacaqlar. Onların arasında ictimaiyyətə yaxından tanış olan şok isimlər də var. Rezonans doğuran həbslər də gözlənilir.

Nadir Hüseynov
Xəbər verdiyimiz kimi, xarici işlər nazirinin iki müavinin - Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırıblar və uzun sürən sorğu-suala çəkiliblər. Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi kimi yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir. Doğrudur, müavinlərdən yalnız biri - Ramiz Həsənov belə bir faktın olduğunu təkzib edib. O, hətta deyib ki, guya onun kurasiya etdiyi sahə fərqlidir və həbs edilənlərlə heç bir əlaqəsi yoxdur. Amma R.Həsənovun hansı sahəni kurasiuya etdiyi barədə nazirliyin rəsmi saytında məlumat var. Eləcə də istintaqa cəlb edilən Nadir Hüseynovun da kurasiya etdiyi sahə aydın göstərilib.

Ramiz Həsənov
Məlumdur ki, N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyir. Konsulluq İdarəsi də Nadir Hüseynovun kurasiyasında olub. Nazirliyin İşlər İdarəsinin müdiri, həbs edilən Tender Komissiyasının sabiq sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadə isə Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləri idilər.
Yeri gəlmişkən, R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. Jurnalistlərin yaxşı tanıdığı, XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavininin qaynıdır. Hazırda o da Braziliyada səfirdir.
Şok istintaqla bağlı xəbərləri izləyin...

Oxşar xəbərlər

XİN-in Konsulluq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat - Foto
XİN-in həbs edilən şöbə müdiri məhkəməyə müraciət etdi
Ramiz Həsənov yalançı nazir müavinidir, yoxsa sabiq naziri “rasxod”a verir?
Eldar Həsənov apellyasiya şikayəti verib
Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub - Sabiq nazir də istintaqa çəkilir
Diplomatik sahədə “təmizləmə” davam edir - Həsənov qardaşlarını nə gözləyir?
Səfirlərlə bağlı əməliyyat davam edəcək: Sırada kim var?
Eldar Həsənovun necə saxlandığı açıqlandı
Səfirlərin “yarpaq tökümü” - Elmira Axundova da geri çağırılacaq
Rusiya Azərbaycanda çevriliş etmək istəyib: Ramiz Mehdiyev və Eldar Həsənov... - Açıqlama
Keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi - Azərbaycanda BİR İLK
Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama
Eldar Həsənov Bakıda istintaqa cəlb olundu
“Məmmədyarovun rəhbərlik etdiyi dövr XİN tarixində ”qara səhifə"dir" - Keçmiş nazir
Eks-nazir Eldar Həsənovun həbsini şərh etdi - Hədəf göstərdi
Bakı bu ölkədəki diplomatlarını geri çağırıb? - Rəsmi
Eldar Həsənovun həbsi: “Səbəb daha dərindir”
Gədəbəydə nə baş verir? - İTTİHAM
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Əli Həsənov istintaqa cəlb edilə bilər - Açıqlama
MN: Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində nisbi sakitlikdir
DTX-nin saxladığı rəis bu şəxslərə şərt qoyubmuş - FOTO
Novruz Novruzov çətin durumda: - Şabrandakı fəaliyyəti yoxlanılır
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: “Burada elə bir pasiyent yoxdur”