Bakıda 12 şadlıq sarayı barəsində cinayət işi başlanıldı (VİDEO)
12-07-2021, 16:05
81

Bakıda 12 şadlıq sarayı barəsində cinayət işi başlanıldı (VİDEO)

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində bəzi şadlıq saraylarında qeyd olunan qərardan irəli gələn tələblər pozularaq toyların təşkili zamanı «icaze.e-gov.az» portalından qeydiyyatdan keçməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədin olmaması, eləcə də şənliklərin saat 24:00-dan sonra da davam etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında müntəzəm olaraq yoxlamalar həyata keçirir. Son 3 gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq saraylarında analoji yoxlamalar aparılıb. Nəticədə 12 şadlıq sarayında («Gülüstan», «Golden Baku», «Billur», «Kral», «Aura», «SS Hall», «Ərzurum», «Neon Palace», «Kleopatra», «Sevən ürəklər», «Xan bağı», «Şuşa») xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən edildiyindən, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar.
4 şadlıq sarayı və 1 restoranda isə («Yeganə», «Amor», «İdeal», «Retro», «Səda») aşkar edilmiş qayda pozuntularına görə İXM-in 211-ci maddəsilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilmişdir.
Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha toy etməyi planlaşdıran vətəndaşlarımızdan, eləcə də toy şənliklərinin keçiriləcəyi şadlıq sarayı və restoran sahiblərindən təşkil edəcəkləri şənlik mərasimləri zamanı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədə malik olmaları tələbinə ciddi riayət və nəzarət etməyi xahiş edir. Əks təqdirdə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirən polis və digər aidiyyəti qurumlar qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirkar şəxslər barəsində cəza tədbirləri görmək məcburiyyətində qalacaqlar.


Oxşar xəbərlər

DİN-dən toylarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Şadlıq saraylarında pandemiya tələbləri pozulub - Nazirlik
Vergi Xidmətindən toylarla bağlı AÇIQLAMA
Bu şadlıq saraylarında karantin qaydaları POZULDU - FOTO
AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı
AQTA bu şadlıq sarayını cərimələdi
Toylara icazə verildi, Bakıdakı şadlıq evlərinə axın oldu - Restoranlar qiymətləri QALDIRIR
Açıq havada toy hazırlıqları BAŞLADI
Şadlıq evlərində növbə var - Toylar başlayır?
Şadlıq saraylarında toy: Həbslər var…
Postlardan 2315 maşın geri qaytarıld - 3 nəfər həbs olundu
Karantini pozan 5083 şəxs tənbeh edildi, 4 nəfər həbs olundu
5 şəhər və 12 rayonun giriş-çıxışlarında yoxlamalar davam etdirilir
DİN-dən icazəsiz rayonlara gedənlərə XƏBƏRDARLIQ
Postlardan 4 min maşın geri qaytarıldı
Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq edildi
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb
Peyvənd vurdurmayan müğənni toy apara bilməz - DİN
Sabahdan Azərbaycanda toylar başlayır - Qaydaları pozanlar...
2646 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub
1360 maşın postlardan geri qaytarılıb
Qumarxana kimi fəaliyyət göstərən kafe aşkarlandı
Şadlıq evlərində bu aylar üçün yer yoxdur - Azərbaycanda TOYLARA İCAZƏ
300 nəfərlik toy etmək istəyən şadlıq sarayı BAĞLANDI
Bu şəxslərə “icaze.e-gov.az” portalı vasitəsilə icazə veriləcək
Azərbaycanda açıq havada toy keçirməyə icazə var? - DİN-dən RƏSMİ CAVAB
Zibil atmaq üçün icazə almalıyıq? - Rəsmi açıqlama
Şadlıq sarayları toy xəbərini eşidən kimi qiymətləri QALDIRDI
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi