Cəlilabadın Ağdaş sovetliyinin Güneyli kəndi sakini Əsgərov Mirxas Sayıl oğlu Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədovun qanunsuz hərəkətlərindən narazdır.
HİT.az xəbər verir ki, bu barədə vətəndaşın redaksiyamıza ünvanladığı müraciətdə bildirilir.
Mirxas Əsgərov yazır ki, Cəlilabadın Qurtuluş küçəsi 33 ünvanında yerləşən, ümumi sahəsi 1197.7 kv metr olan qeyri-yaşayış sahəsini “Orxan” şadlıq sarayını 2019-cu il tarixində, AN-I 0774870 nömrəli alqı satqı müqaviləsinə əsasən 200.000 manata Əsgərov Cəfər Sahib oğlundan alıb.
Sonradan aldığı şadlıq sarayını “Rabitə Bank”ın Lənkəran filialına girov qoyaraq Əsgərov Sayıl Sahib oğlunun adına kredit müqaviləsi bağlanaraq 270.000 manat pul krediti götürüb.
“İddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlu Cəlilabad rayon Məhkəməsi vasitəsi ilə mənə və qeyri-yaşayış sahəsini aldığım Əsgərov Cəfər Sahib oğluna qarşı “Orxan” şadlıq sarayı binasının özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və həmin müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair” iddia qaldırıb.
Birinci instansiya məhkəməsi iddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlunun iddiasının əsassız olduğundan təmin etməyib. İddiaçı tərəfindən Apellyasiya şikayəti verib və şikayətə Şirvan Apellyasiya Məhkəməsinin sədri İlham Əsədov tərəfindən baxılıb. Apellyasiya şikayətinə baxılarkən hakim İlham Əsədov bilərəkdən bir sıra qanunsuzluqlara yol verib”, deyə müraciətdə qeyd olunur.
Mirxas Əsgərovun sözlərinə görə, “Rabitəbank” ASC də Apellyasiya Məhkəməsində işə cəlb edilməli olduğu halda məhkəmə bunu etməyib:
“Əlavə olaraq hakim İlham Əsədov birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək mülki iş üzrə yeni qətnamə qəbul edərək iddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlunun iddiasını təmin edib.
İddianı təmin edən zaman mənim alqı satqı zamanı ödədiyim 200.000 manat pulun geri qaytarılmasına münasibət bildirməyib. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin sədrlik edən hakimi İlham Əsədov tərəfindən bilə-bilə qanunsuz qətnamə qəbul edib.
Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarmaya görə aşağıdakı məsuliyyəti nəzərdə tutulub:
295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Şirvan Apellyasiya Məhkəməsində nə baş verir?
12
iyul
17:06

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Dilqəm Əsgərov 6 il sonra evində - FOTO
Tanınmış jurnalist infarkt keçirdi
Nazir polis rəisini vəzifəsindən azad etdi
Şirvan Apellyasiya Məhkəməsinin sədri həbs oluna bilər ?
Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbazın Şuşadan çıxarıldığını TƏSDİQLƏDİ
Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR
Mübariz Əsgərov MTRŞ-yə üzv TƏYİN EDİLDİ
Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı - VİDEO
Dilqəm Əsgərov ermənilərin əməllərinin üstünü açdı
Vilayət Eyvazov şəhid övladına VƏZİFƏ VERDİ
Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət - "Hakim Elnur Həsənov tamah məqsədiylə..."
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Dilqəm Əsgərov və Şahbaz Quliyev geri qaytarılır? - AÇIQLAMA
Dilqəmlə Şahbaz koronaya yoluxdu
Vergi borcu olan 10 aylıq şirkət yarım milyonluq iki tender “qazandı” - FOTO
“Azərişıq”da müəmmalı təyinat: Rəislərin yeri dəyişdirildi
“Əmin oldum ki, atam Dilqəm Əsgərov tezliklə azad ediləcək” - MÜTLƏQ!
Bakıda şadlıq evi YANDI
Dilqəm və Şahbazdan xəbər var: Şirakda saxlanılırlar
Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Oğlu hər şeyi DANIŞDI
Lerikdə 3 uşaq anasını öldürən molla ilə bağlı ŞOK FAKTLAR
Ermənilər Pənahəli xanın sarayını da dağıdıb - FOTOLAR
"İş 3 ildir ki, Nəsimi rayon məhkəməsində “karusel”ə mindirilib..." - GİLEY
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Nazir Nəcməddin Sadıqovun general olan bacısı oğlunu İŞDƏN ÇIXARDI
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı RƏSMİ AÇIQLAMA
Baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı
Dilqəm və Şahbazın girovluqdan azad olunmasının detalları açıqlandı
Salatın Əsgərovanın oğlu nazirlikdəki işindən AYRILDI
- Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb - VİDEO
- Ukraynanın daha bir şəhərində SSRİ bayrağı qaldırıldı - YENİLƏNİB
- Güləşçilərimiz Fransada 3 medal qazandı
- Polis əməkdaşı yol qəzasında ÖLDÜ
- Mingəçevirdə it sahibini PARÇALADI
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Yük maşını yol kənarına aşdı
- "Yargı"da daha bir ayrılıq - FOTO
- Ukrayna Lisiçansk şəhərinə nəzarəti itirir
- Narkotiklə şərlənən şəxsin təqsirsizliyi üzə çıxdı -PROKUROR NARKOTİKİN EVƏ NECƏ QOYULMASINI ARAŞDIRACAQ
- Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
- ABŞ-da atışma olub, iki nəfər ölüb
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Misirdə akula turist qadını parçaladı - Video
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Bazar günü hava necə olacaq?
- "Təxribatların qarşısını almağa hazır olun" - Zakir Həsənovdan generallara TAPŞIRIQ