“Uşaq pulu” ilə bağlı açıqlama
14-08-2020, 11:25
126

“Uşaq pulu” ilə bağlı açıqlama

Payızda Milli Məclisdə uşaqpulu ilə bağlı dinləmələrin keçirilməsi planlaşdırılır. Bu dinləmələrin sonunda Azərbaycanda yenidən uşaqpulu bərpa edilə bilərmi?
Deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bütün sosial layihələrin məqsədi hər bir vətəndaşın yaxşı yaşamasını təmin etmək və sosial problemlərini həll etməkdir: “Pandemiya dövründə də bilirsiniz ilk addım insanlarımızın sağlamlığını qorumaqla yanaşı koronavirusa görə yaranmış mövcud vəziyyətin vətəndaşlarımızın sosial durumuna təsirini minimuma endirmək oldu. Bilirsiniz ki, ilk olaraq 2 ay 600 min nəfərə daha sonra iyun və avqust aylarında sərt karantin tədbiq edilən rayon, şəhərlərdə işsiz vətəndaşlarımıza 190 manat birdəfəlik müavinət verildi. Aztəminatlı ailələrin uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənildi.
Bundan başqa bilirsiniz ki, pandemiyanın təsir etdiyi sahələrə diqqət artırıldı, sahibkarlara maddi yardımlar verildi. Bütün bu addımlar dövlətin vətəndaşına verdiyi dəyəri bir daha sübut etdi. Uşaqpulu məsələsi zaman-zaman gündəmə gəlir. Həm də bu məsələ Milli Məclisdə ayrı-ayrı deputatlar tərəfindən uşaqpulu ilə bağlı təkliflər olub. Hazırda pandemiya dövrüdür. Təəssüf ki, pandemiya az da olsa, iqtisadiyyata təsir edib. Amma buna baxmayaraq, cənab prezident keçirdiyi bütün müşavirələrdə sosial layihələrin heç birinin təxirə salınmayacağını söyləyib. Bilirsiniz ki, 2020-ci ilin büdcəsinə dəyişiklik ediləndə də müdafiəyə və sosial layihələrə vəsait azaldılmadı. Əlbəttə, bu, bir daha onu göstərir ki, cənab prezidentin siyasətinin mərkəzidə Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması dayanır”.
Deputat qeyd edib ki, uşaqpulu məsələsi ilə bağlı Millii Məclisdə işçi qurupu yaradılıb: “Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi payız sessiyasında bir neçə sosial xarakterli məsələ üzrə dinləmələr keçirməyi planlaşdırır. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev tərəfindən həm parlamentdə, həm də mətbuatda səsləndirilən fikirlərə istinad edərək demək olar ki, payızda qeyri-hökumət təşkilatlarını və digər ekspertləri də dəvət etməklə, dinləmə şəklində, ya da İşçi Qrup yaradıb araşdırma aparmaqla həmin sosial xarakterli məsələlərə, o cümlədən uşaqpulu məsələsinə də baxılacaq. Düşünürəm ki, payız sessiyasında baş tutacaq dinləmələr zaman uşaqpulunun bərpası ilə bağlı bütün versiyalar müzakirə olunacaq. Sadəcə səbirli olmalı, pandemiyadan və onun verdiyi fəsadlardan qorunmaq üçün qoyulan qaydalara əməl edərək normal həyatımıza qayıtmaq barəsində düşünməliyik. Çünki normal həyatımıza qayıdışımız sosial layihələrin icrasını daha da sürətləndiəcək. İnanıram ki, uşaqpulu məsələsi tezliklə öz həllini tapacaq”.

Oxşar xəbərlər

Uşaq pulu hansı ailələr üçün bərpa olunur? - AÇIQLAMA
“Uşaqpulu” ünvanlı verilməlidir - Deputat
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
“Uşaqpulu” ilə bağlı açıqlama: 7-8 yaşadək...
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
“Sosial yardımın yerinə uşaq pulu verilsin!” – Parlamentə şikayətlər çoxalıb
Gələn həftə rayonlara gediş-gəliş bərpa edilə bilər - AÇIQLAMA
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər - AÇIQLAMA
Avqust ayı üzrə sosial yardımlar ödənildi
Deputatdan ünvanlı sosial yardımla bağlı TƏKLİFLƏR
Sosial dövlətin Azərbaycan modeli
Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
Sentyabrın 1-dən "mall"lar açılır - Açıqlama
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Səfər Mehdiyev iri məmurların əlinə oynayır... - AÇIQLAMA
Yaxın günlərdə kommunal xidmətlər qaldırıla bilər - Ekspertdən AÇIQLAMA
“Xəyanətkar qüvvələrə Ermənistanın Xalq artisti fəxri adı verlisə, təəccüblənməyin”
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!
İqtisadçı Səfər Mehdiyevi yenə də “yıxıb-sürüdü“ - “Niyə gözünüzü ora dikmisiniz, qabiliyyətiniz...“
Oktyabrda Azərbaycanda ətin qiyməti bahalaşacaq - AÇIQLAMA
Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqını boykot etdi - AÇIQLAMA
Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib
"Sosial paket vətəndaşları bu böhrandan qoruyacaq" - Prezident
"Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar"
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
190 manatın verilməsi başa çatdırıldı
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir