Yeni “London taksi”ləri Bakıya neçəyə gətirilib?
14-08-2020, 11:31
335

Yeni “London taksi”ləri Bakıya neçəyə gətirilib?

Xəbər verdiyimiz kimi, dünən Bakıda TX modelli yeni 100 ədəd "London taksi"sinin təqdimat mərasimi keçirilib.
PİA.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' MMC-nin sifarişi əsasında Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən alınaraq Bakıya gətirilib.
TX model "London taksi"lərinin Bakıya nə zaman gətirildiyi açıqlanmasa da, alqı-satqı razılaşmasının bu ilin mart ayında əldə olunduğu bildirilir. Bu barədə məlumat mart ayının 13-də “London EV”(LEVC) şirkətinin rəsmi saytında dərc olunub.
''Bakı Taksi Xidməti'' MMC aprel ayında "LEVC TX 5" markalı nəqliyyat vasitələrinin idxalında gömrük prosedurlarının yerinə yetirilməsi üçün kotirovka sorğusu keçirib və “Mobil Broker” MMC (VÖEN – 180470537) ilə müqavilə bağlayıb. Bu iş üçün “Mobil Broker” MMC ''Bakı Taksi Xidməti'' MMC-dən 7 min 670 manat alıb və "LEVC TX 5" markalı nəqliyyat vasitələrinin idxalında gömrük prosedurlarının yerinə yetirilməsinə may ayının 5-i tarixindən başlayıb.
Bakıya gətirilən "London taksi"lərinin qiyməti barədə də məlumat açıqlanmayıb. Yeniavaz.com  “London EV”-i şirkətinə istinadən xəbər verir ki, bu model avtomobillərin qiyməti 54 690 funt-sterlinq (110 000 manat) ilə 60 695 funt-sterlinq (122 000 manat) arasında dəyişir.
Aşağıdakı cədvəldə TX model "London taksi"sinin qiymət cədvəli əks olunub:

Rəqəmlərdən də göründüyü kimi, 100 ədəd "London taksi"sinin ümumi dəyəri ən azı 11 000 000 manat təşkil edir.
Qeyd edək ki, TX model "London taksi"ləri “hibrid” avtomobil hesab olunur və bu nəqliyyat vasitələrinin “mal nomenklaturu” beynəlxalq ticarətdə 870340, 870350, 870360 və 870370 olaraq göstərilir.
Maraqlı məqamlardan biri də odur ki,  Dövət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlarda bu ilin ilk yarısında Azərbaycana xaricdən 2052  ədəd “hibrid” avtomobilin gətirildiyi və bu avtomobillər üçün ümumilikdə 11 868 230 dollar (20 175 000 manat) ödənildiyi qeyd olunur. Göründüyü kimi, bu ilin ilk yarısında Azərbaycana gətirilən “hibrid” avtomobilin bir ədədinin orta qiyməti 9 832 manat olub.
Onu da qeyd edək ki, Azərbaycana 100 ədəd TX modelli "London taksi"si gətirən ''Bakı Taksi Xidməti'' MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılıb. Cəmiyyət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Cəmi 200 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Fuad Əliyevdir. Eyni zamanda onu da qeyd edək ki, ''Bakı Taksi Xidməti'' MMC-ni dövlət büdcəsinə böyük miqdarda – 93 367 manat 71 qəpik vergi borcu var. (Yeniavaz)

Oxşar xəbərlər

İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar
BNA, nə istəyirsiz: Yeni işsizlər ordusu və qiymə
Kamran Əliyev: “Rayonlara yalnız taksi ilə gedib-gəlmək mümkündür”
Neftin qiyməti yenidən ucuzlaşdı
BNA-nın taksi oyununun uğursuz mərhələsi - VİDEO
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar
Neft yenidən bahalaşıb
Dünya bazarında neft bahalaşdı
Neftin qiyməti artıb
Taksi qiymətlərindən razısınız? - VİDEO
Biz ucuz, keyfiyyətli və təhlükəsiz taksi istəyirik -BNA bunu bacararsa, buyursun…
Azər Kərimlinin oğlu şirkətlərini ləğv etdi: Dövlət işinə gedir - Foto
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
Fəzail Ağamalı Türkiyədə soyuldu (FOTO)
BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan sərt açıqlama
Fateh Sultan Mehmetin 540 il tarixi olan portreti İstanbula gətirilib
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
Hikmət Babayev işdən qovuldu
Xaricə uçanların nəzərinə - AZAL qaydalara dəyişiklik etdi
London məhkəməsindən həbs - QƏRARI VERİLDİ
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Rusiyada sərnişinlə dolu avtobus yandı: Yaralananlar var - VİDEO
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama