Heydər Əliyevin 90 illiyinə salınmış park dağıdılır, yerində obyektlər tikilir - Fotolar
14-08-2020, 11:54
71

Heydər Əliyevin 90 illiyinə salınmış park dağıdılır, yerində obyektlər tikilir - Fotolar

Bu gün paytaxt Bakıda yaşıllıq zolaqlarının məhv edilməsi özünün mənfi fəsadlarını göstərməkdədir. Məmur özbaşınalığı ilə müşahidə edilən bu arzuolunmaz tendensiyanın durdurulması yönündə atılan addımlara baxmayaraq belə hallarla tez-tez qarşılaşırıq.
Sfera.az məlumat verir ki, 2013-cü ildə salınmış və Ulu Öndər Heydər Əliyevin 90 illiyinə töhfə olaraq düşünülmüş park dağıdılır, yerində isə obyektlər tikilir.

Belə ki, Bakı şəhərinin Nərimanov rayonunun Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə salınmış və yaşıllıqlarla əhatələnmiş parkdakı ağaclar qurudularaq yox edilir.
Xatırladaq ki, sözügedən parkın salınmasından ötən 7 il ərzində hər il 10 May - Heydər Əliyevin doğum günündə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri və sıravi üzvləri burada çoxsaylı şam ağacları əkib.
Parkda bu gün müşahidə edilənlər isə sadəcə olaraq təəssüf doğurur. Ərazidən çəkilmiş foto və videodan da göründüyü kimi Heydər Əliyevin 90 illiyinə həsr olunmuş parkın ağacları qurudulur və yerində gördüyümüz obyektlər tikilir.
Ərazidə olan əməkdaşımız ətrafda yaşayan sakinlərlə söhbətləşib. Onlardan bu ərazidə inşaat işlərini hansı şirkətin aparması haqda məlumat almaq isə mümkün olmayıb. Sakinlər bildirir ki, həmin şirkətin adı sirr kimi gizli saxlanılır.

Qeyd edək ki, araşdırmamız onu göstərdi ki, obyektlərin sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilib.
Həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidentİlham Əliyev şəxsi mənfəət naminə yaşıllıqların məhv edilməsinin bağışlanmaz xəyanət olduğunu qeyd edib.
Görəsən bu xəyanətə bais olmuş rəsmi şəxslər buna nə cavab verəcək?


Oxşar xəbərlər

“Quruyan ağacların yerinə yeniləri əkilir...” - Nərimanov İcra Hakimiyyətindən açıqlama
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
Türkiyə televiziyası Heydər Əliyevə həsr olunmuş süjet hazırlayıb - VİDEO
Heydər Əliyev Fondu eşitmə qüsurlu uşaqları sevindirdi - FOTOLAR
“AXC-Müsavatın yaratdığı anarxiya Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı”
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
Əli Əhmədov: "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub"
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Bakı Zooparkının istifadəyə veriləcəyi təqribi vaxt bilindi
Mixail Qusman: “Bu, Heydər Əliyevin tarixi addımı idi” – MÜSAHİBƏ
Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub
Milli mətbuatın yaranmasından 145 il ötür
Heydər Əliyev Aeroportu nüfuzlu mükafata layiq görüldü - FOTO
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”
Əbülfəz Qarayevlə Suraxanının icra başçısını nə birləşdirir? - Bakıda 700 illik məscid dağıdılır
Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar
Əli Həsənov: "Ən şərəfli peşə sahibi-müəllim!"
İlham Əliyev və xanımı Atatürk parkında - Foto
Bakıda yeni marşrut xətti istifadəyə verildi
Xaricdə yaşayan bloggerlərdən kömək istəyən məmur Şahmar İbadov kimdir?-HƏBS TƏHLÜKƏSİ OLAN İBADOVUN 4 MİLYONLUQ VİLLASI-FOTO
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Mehriban Əliyeva üçün özəl gün
Əli Həsənovun 2 milyard manatlıq gizlin səltənəti - SİYAHI
Aprel şəhidlərinin ailələrinə yeni ev tikilir - VİDEO
YAP-a dönük çıxan MƏMURLAR...
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT