Baş həkim Xəzər TV-nin xanım əməkdaşına hücum etdi – Bakıda ŞOK OLAY
14-07-2021, 11:32
145

Baş həkim Xəzər TV-nin xanım əməkdaşına hücum etdi – Bakıda ŞOK OLAY

Bakıda polikilinikanın baş həkimi Xəzər TV – nin xanım əməkdaşı ilə dalaşıb.
Xəzər Televiziyasının Xəbərlər xidmətinin əməkdaşı Ülkər Qasımova bir müddət əvvəl vaksinasiya ilə bağlı şikayətlərin olduğu Nərimanov Rayon 8 saylı Şəhər Polikilinikasından reportaj hazırlamağa gedib.

Xanım müxbir polikilikinada çəkiliş etmək istəyərkən baş həkim Tamilla Kərimova ona hücum edib. Heç bir məlumat verməyəcəyini deyən baş hakim jurnalist Ülkər Qasımovanı və onun operatorunu polikinikadan qovmağa çalışıb . Həmin vaxt jurnalist Ülkər Qasımova öz vəzifə öhtəliklərini xatırladarkən baş həkimlə xanım jurnalist arasında əlbəyaxa dava olub. Daha sonra Xəzər televiziyasının müxbiri və operatoru vaksinasiya vurdurmaq üçün müraciət edən vətəndaşların köməkliyi ilə ərazidən uzaqlaşdırlıb.

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən 8 saylı Şəhər Polikilinikasının Baş həkimi Tamilla Kərimova yaşanan insidenti təsdiqləyib:

“Xəzər TV – nin xanım müxbiri polikinikada vaksinasiya prosesinə kobud sürətdə müdaxilə edirdi. Ona görə də kənardan baxa bilməzdim. Mənu onu qovmalı idim. Başladı burda hay-huy salmağa, özündən çıxdı. Mən göydən düşmüşəm? Mən bu poliklinikaya gələndən 3 qəzet bağlamışam. Həmin gün qeydiyyatdan keçən xəstəxananın pasientlərini şahid kimi dəvət edəcəm. Mən üç qəzet bağlatdırmışam. Heç bir mətbu orqandan qorxmuram. İstədiyim vaxt Mətbuat Şurasının sədri Əflatun Amaşova zəng edib, sözümü deyə bilirəm. Başqa yerdən də sizə deyəcəklər. Bu məsələni işıqlandırsanız sizi də məhkəməyə verəcəm”.

Oxşar xəbərlər

Tanınmış jurnalist mətbuat katibi təyin edildi
Zaur Kamal “Xəzər”dən ayrıldı
Jurnalistə nazirlikdə vəzifə verildi
Bakıda sərxoş qadın polisləri hədələdi
Murad Dadaşov tanınmış aparıcını yenidən "Xəzər"ə qaytardı - FOTO
“Xəzər TV”dən Murad Dadaşovun işdən ayrılması iddialarına CAVAB
Əfqanıstanda qadın jurnalist maşınında öldürüldü
Azərbaycanlı jurnalist oğluna toy etdi - FOTO
Bakıda bacısını öldürən vəzifəli şəxsin oğlu həbs edildi
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
Xalidə Bayramova vəzifəsindən niyə azad olunmur?
Tanınmış jurnalist İTV-də işə başladı
Xaçmazda məktəb direktorunun ölümünün TƏFƏRRÜATLARI
Bakıda qaynata kürəkənini güllələdi
Deputat vəzifəsindən azad edildi
“ATV-dən getməmişəm, amma ..."
Bakıda DƏHŞƏT: Ata qızını zəhərli iynə ilə öldürdü
Bakıda ŞOK OLAY: 2 bacını zorladılar
TƏBİB-dən daha bir qalmaqallı təyinat – Korrupsiya və saxtakarlıqda ittiham olunan şəxs baş həkim təyin edildi
Bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub
Nisə Qasımova xərçəngə tutuldu
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı
Bakıda 3 maşın toqquşdu: Ölən var
ETSN: Azərbaycanda nərələrin sənaye ovuna icazə yoxdur
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
Bakıda bağçada uşağa qarşı zorakılıq - 2 yaşlı uşağı bu hala kim saldı? - VİDEO
“Xəzər”in yeni simalarından biri də Oksana olacaq
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb