Rayonlara gediş-gəliş açılırmı?
14-08-2020, 12:58
139

Rayonlara gediş-gəliş açılırmı?

Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, YevlaxMasallıCəlilabad, Mingəçevir şəhərlərinin və AbşeronBərdəSalyanXaçmazGoranboyGöygöl rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
Qərarla, həmin şəhər və rayonun ərazisində yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə alan, təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış və beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında hərəkət edə bilərlər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur: “Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”.
Epidemioloji vəziyyət isə sabitləşir.
Maraqlıdır, hazırkı şəraitdə rayonlara gediş-gəliş açıla bilərmi?
Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a bildirib ki, yoluxma hallarının az olduğu təqdirdə yumşalmaların davam etdirilməsi nəzərdə tutulur:
“Artıq ölkəmizdə yoluxma halı ikirəqəmliyə düşüb. Bu sayın daha da aşağı düşməsi yumşalmalara imkan yaradar. Rayonlara gediş-gəlişin açılması məsələsi ətraflı surətdə araşdırılmalıdır. Daha sonra ən əlverişli qərar qəbul olunmalıdır ki, insanlar getdikləri yerdə nəzarətə alına bilsinlər və insanların yoluxma və yoluxdurma ehtimalı az olsun. Hesab edirəm ki, bütün bunlar araşdırıldıqdan sonra insanların rayonlara gediş-gəlişinə şərait yaradılacaq”.
Baş infeksionist rayonlara gediş-gəliş açıldıqdan sonra iritutumlu avtobuslardan istifadəni məqsəduyğun saymır:
“Çünki iritutumlu avtobuslarda 30-40 və daha çox insanın rayonlara gedib-gəlməsi mümkündür. Ona görə də həmin avtobuslarda yoluxma halı daha çox ola bilər. Ancaq bir ailənin şəxsi avtomobilndən istifadə edərək gediş-gəlişində yoluxma ehtimalı daha azdır. Hesab edirəm ki, rayonlara gediş-gəliş zamanı şəxsi avtomobillərdən istifadə daha əlverişlidir”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə karantin məhdudiyyətlərinin Azərbaycanın 13 şəhər və rayonuna giriş-çıxışı qadağan etdiyini xatırladıb:
“Bu, ilk növbədə orada koronavirus epidemiyasının kökünün hələ də kəsilməməsi ilə bağlıdır. Məhdudiyyətlərin götürülməsi, rayonlara gediş-gəliş çox təəssüf ki, yoluxmaların sayını artıra bilər. Bu baxımdan hesab edirəm ki, uyğun şərait yaranan kimi Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlara gediş-gəlişlə bağlı məhdudiyyətlərin götürülməsi barədə qərar verəcək”.
Deputat bildirib ki, hazırda rayonlara gediş-gəlişlə bağlı müəyyən icazələr mövcuddur: “Əgər insanlar karantin qaydalarına riayət etsələr, indi də məhdudiyyətləri götürmək olar. Yəni, insanlar sosial məsafə gözləsələr, tibbi maskalardan istifadə etsələr, çoxlu sayda insanlar bir yerə toplaşmasalar yumşalmalara getmək olar. Çox təəssüf ki, bu qaydalara hər yerdə əməl edilmir”.

Oxşar xəbərlər

13 şəhər və rayonlarının ərazisinə bəzi şəxslərin giriş-çıxış qaydası məlum olub
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Azərbaycanda daha bir məhdudiyyət tətbiq edilir
Bu gündən avqustun 24-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Rayonlara gediş-gəlişlə bağlı rəsmi açıqlama
Bu gündən kafe və restoranlar açıldı
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Avqust karantinin son ayı olacaq?
Rayonlara gediş-gəlişlə bağlı açıqlama
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Yol Polisi Bakı, Sumqayıt və Abşerondan rayonlara gedənlərə xəbərdarlıq edib
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərildi
8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...
Rayonlara gediş-gəliş və “mall”ların fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
Daha bir məhdudiyyət aradan qaldırıldı
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
190 manatın verilməsi başa çatdırıldı