"Hər iki şəhərdə köhnə kvartal var" - İlham Əliyev
14-07-2021, 17:18
86

"Hər iki şəhərdə köhnə kvartal var" - İlham Əliyev

"Mənə verilən məlumata görə, dünən Tbilisi və Bakı şəhərlərinin tarixində əlamətdar hadisə baş verib, qardaşlaşma haqqında saziş imzalanıb. Mən bunu alqışlayıram, çox düzgün addımdır və düşünürəm ki, təbii addımdır. Çünki ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır və təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır".
Bunu Prezident İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edərkən deyib.
"Eyni zamanda, həm Bakı, həm də Tbilisi tarixi şəhərlərdir və hər iki şəhərdə bir çox tarixi memarlıq abidələri mövcuddur. Hər iki şəhərdə köhnə kvartal var – İçərişəhər və köhnə Tbilisi. Siz də yaxşı bilirsiniz, heç də bütün ölkələrdə belə şəhərlər yoxdur ki, köhnə kvartallar olsun və o kvartalların siması qorunsun. Tarixboyu Cənubi Qafqazda həm Bakı, həm də Tbilisi həmişə öz gözəlliyi ilə fərqlənirdi və həm siyasi, həm iqtisadi, həm də mədəni mərkəz rolunu oynayırdılar. Əlbəttə ki, dünən imzalanmış sazişdən sonra iki şəhər arasındakı təmaslar daha da sıx olacaq və olmalıdır. Yəqin ki, birgə fəaliyyət planı da hazırlanacaq. Mən istəyirəm ki, çoxlu qarşılıqlı səfərlər olsun, ictimaiyyət nümayəndələri, media nümayəndələri, tanınmış şəxslər müntəzəm olaraq qarşılıqlı səfərlər etsinlər. Həm Tbilisi, həm də Bakı dünyanın heç bir başqa şəhərinə oxşamırlar.
Mən bilirəm ki, siz Tbilisinin meri kimi çox böyük səylər göstərirsiniz və şəhərin tarixi simasını qorumaq istiqamətində çox böyük addımlar atmısınız. Tbilisi şəhərinin tarixi hissəsi, hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Çünki bu, unikal memarlıq əsəridir. Əlbəttə, hər bir böyük şəhər kimi, Tbilisi də inkişaf etməlidir və bilirəm ki, sizin rəhbərliyiniz altında bu inkişaf da çox düşünülmüş şəkildə aparılır. Biz sizin fəaliyyətinizi çox yüksək qiymətləndiririk. Siz Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında da böyük səylər göstərirsiniz, Azərbaycanın dostusunuz. Bir daha xoş gəlmisiniz", - dövlət başçısı bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Tbilisi merini qəbul etdi
Bakı-Tbilisi-Bakı aviareysi bərpa olundu
Türkiyənin energetika naziri: "TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib"
Tbilisi meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib - FOTO
Ərdoğandan Gürcüstana mesaj: "Zəngəzur dəhlizinə qoşul"
“Sizin qatarınız getdi, amma özünüzü yaxşı aparsanız...” – İlham Əliyevin şərti
Naxçıvan Azərbaycanın bizə əmanətidir - Türkiyəli nazir
Tbilisi-İstanbul uçuşları bərpa edilir
“Mümkünsüz kimi görünəni etdik“ - İlham Əliyev
Qitələri birləşdirən növbəti qatar Bakıdadır - FOTO
“Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası dövlətimizin mövqelərini kifayət qədər gücləndirib” - RƏY
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi - SƏRƏNCAM
“Azərbaycan Ordusu dünya səviyyəsində ən müasir orduya çevrilib” - Gürcü ekspert
"Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir" - Prezident
Gürcüstanda zəlzələ oldu
Türkiyəli diplomat Hulusi Kılıç: ”Azərbaycanın qələbəsi regionda intibah yaradacaq”
Bakıda yataqxanada baş verən yanğın söndürüldü - YENİLƏNİB-1
"Bu zəfər Azərbaycanda uyuyan türk şəhidlərinin ruhunu şad edir" - İlham Əliyev
Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir - İlham Əliyev
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
"Qələbəmiz dövlətimizin gücünü nümayiş etdirdi" - İlham Əliyev
"Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir" - İlham Əliyev
İlham Əliyev Ərdoğana zəng etdi
Bakıda hazırda bu yollarda tıxac var - Siyahı
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Gürcüstanın baş epidemioloqu özünü təcrid edib
"Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!" - İlham Əliyev Türkiyə səfirinə
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video