“Bu gün qardaş Türkiyə Respublikası 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümünü qeyd edir. Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.
Türkiyə dövlətinə qarşı yönəlmiş bu xəyanəti yalnız Sizin böyük fədakarlığınız və qardaş xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində önləmək mümkün olmuşdur. Milli birlik və həmrəyliyin, qətiyyətli liderliyin və güclü iradənin təntənəsi olan bu möhtəşəm qələbə Türkiyə xalqının yaddaşında əbədi olaraq qalacaqdır”.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda yer alıb.
Prezident İlham Əliyev bildirib ki, şübhəsiz, Türkiyə Respublikası bu çətin sınaqdan daha da güclənərək çıxıb: “Son illər ərzində Sizin müdrik rəhbərliyiniz altında qardaş ölkənizin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər Türkiyə dövlətçiliyi üçün “Demokratiya və Milli Birlik Günü”nün əhəmiyyətini bir daha vurğulayır.
Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyərək birmənalı mövqeyini ortaya qoymuşdur. Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır”.
Azərbaycan Prezidenti qeyd edib ki, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan, sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir:
“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəriniz zamanı imzaladığımız Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərimizi keyfiyyətcə yeni müstəviyə qaldıraraq, əməkdaşlığımızın gələcək istiqamətlərini müəyyən edir.
Əminəm ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığının “Bir millət iki dövlət” şüarına uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişafı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi davam etdirəcəyik”.
“Azərbaycan da hər zaman Türkiyənin yanındadır” - Prezident
15
iyul
12:52

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Ərdoğana məktub yazdı
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
"Azərbaycan xalqı qardaş Türkiyənin qəti və birmənalı dəstəyinin bir daha şahidi oldu" - Prezident İlham Əliyev
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyevdən Ərdoğana ad günü TƏBRİKİ
İlham Əliyev Ərdoğana təşəkkür etdi
İlham Əliyevlə Ərdoğanla danışdı
İlham Əliyev Türkiyəyə və Ərdoğana təşəkkür etdi
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev və Ərdoğan Şuşada - VİDEO (YENİLƏNİR)
Ərdoğanla Baxçalının Şuşa səfəri böyük dövlətlərə mesajdır - Türkiyənin cavabı sərt olacaq
Azərbaycan vətəndaşlarından Türkiyəyə dəstək - VİDEO
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan Azərbaycanla bağlı daha bir sənədi TƏSDİQLƏDİ
“Qələbəmiz “beşinci kalon”u məyus edib” - Vahid Əhmədovdan Musabəyovun açıqlamalarına MÜNASİBƏT
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu
Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK
"Azərbaycan Ordusu 44 gündə dastan sayılacaq qələbə qazandı" - Ərdoğan
“Türkiyə hər zaman var olsun!” - Azərbaycan XİN
İlham Əliyev Ərdoğana başsağlığı verib
Ceyhun Bayramov: "Başın sağ olsun, qardaş Türkiyə!”
"15 iyul dövlət çevrilişi cəhdinin arxasında daha böyük şəbəkə var” - Ərdoğan
Əhməd Cavadın nəvəsi Ərdoğana təşəkkür etdi
Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndərib
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
- Yaşlanmanın qarşısını alan təbii yağlar - SİYAHI
- Lənkəranda narkotikə görə 14 nəfər saxlanıldı
- Rusiyadan 400 min könüllü əsgər həmləsi
- İran Yunanıstanla bağlı iddiaları rədd etdi
- Ukrayna Rusiyanın itkilərini açıqladı
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı
- Ronaldo kapitan olmaq istədiyinə görə mübahisələr yaranıbmış
- Prezidentdən Zaur Mikayılovla bağlı SƏRƏNCAM
- “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi
- Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı
- Ekspertin ifadəsində ziddiyyətli hallar ortaya çıxdı - "Nərmin işi"
- Bakı-Qazax yolunda toz burulğanı sürücüləri çətin vəziyyətə saldı - VİDEO
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü