İlham Əliyev Ərdoğana zəng etdi
15-07-2021, 15:05
70

İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı ilk növbədə həmin günlərdə həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş həmin xəyanətkar dövlət çevrilişi cəhdinin qarşısının alınmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət və böyük liderlik müstəsna rol oynayıb.
Dövlət başçısı eyni zamanda qeyd edib ki, həmin tarixi sınaq günlərində xalqın Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi Türkiyə xalqının dövlətçilik yolunda göstərdiyi fədakarlığının bariz nümunəsi olub.
Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi günlərində olduğu kimi, bu gün də Azərbaycanın dost və qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb, ölkələrimiz və xalqlarımız arasında sıx birliyin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıq edib və öz növbəsində Türkiyə-Azərbaycan birliyi və qardaşlığının hər zaman möhkəmlənəcəyinə əmin olduğunu bildirib.
Söhbət zamanı əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.

Oxşar xəbərlər

İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Ərdoğana məktub yazdı
“Azərbaycan da hər zaman Türkiyənin yanındadır” - Prezident
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
İlham Əliyev və Ərdoğan Şuşada - VİDEO (YENİLƏNİR)
İlham Əliyevlə Ərdoğanla danışdı
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
İlham Əliyev Ərdoğana başsağlığı verib
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
"Orda da olacağıq" - İki liderdən Xankəndi MESAJI (VİDEO)
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu
Prezidentlərin təkbətək görüşü olub
"15 iyul dövlət çevrilişi cəhdinin arxasında daha böyük şəbəkə var” - Ərdoğan
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşıladı - FOTO
Zakir Həsənov Zəfər paradında raport verdi
İlham Əliyev Türkiyəyə və Ərdoğana təşəkkür etdi
Ərdoğan və Makronun görüşü başladı
Makron Ərdoğana məktub göndərib
Deputatlar Türkiyəyə səfər edəcəklər
Ərdoğanla Baxçalının Şuşa səfəri böyük dövlətlərə mesajdır - Türkiyənin cavabı sərt olacaq
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
İlham Əliyev Mevlüt Karakayanı qəbul edib
İlham Əliyev Putinə zəng etdi
Ərdoğan və xanımının şərəfinə nahar verildi
Şuşadakı məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı qoyacaq