Mədəniyyət Nazirliyində kadr təyinatı
14-08-2020, 15:25
274

Mədəniyyət Nazirliyində kadr təyinatı

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Həsənov Rüfət Rauf oğlu nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Gündəlik Bakı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumat üçün bildiririk ki, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə ABŞ-ın Nyu-York Ştatında fəaliyyət göstərən “Vice Media” şirkətində montaj rejissoru olaraq başlayan Rüfət Həsənov Rusiyanın Moskva şəhərində yerləşən “Vita Aktiva” Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.
2013-2017-ci illərdə R.Həsənov Litvanın Vilnüs şəhərində yerləşən “Lupa Q” prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən “Lemon Films” studiyasında montaj rejissoru kimi işləyib.
2017-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək “Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Mədəniyyət Nazirliyində yeni təyinat olub
Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
Anar Kərimov 2 əsas şöbəyə müdir TƏYİN ETDİ
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı
Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
Anar Kərimov incəsənət xadimləri ilə videogörüş keçirdi
Əli Həsənov bu vəzifələri icra edəcək
AzTV-də yeni təyinatlar - SİYAHI
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
“Günay Sığorta”da yeni TƏYİNAT
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin olundu
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
DTX-nin saxladığı rəis bu şəxslərə şərt qoyubmuş - FOTO
Mehriban Əliyeva üçün özəl gün
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam
Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ
Eldar Həsənov apellyasiya şikayəti verib
Xarici işlər nazirinin müavini vəzifədən azad edildi – Yerinə bu şəxs gətirildi
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA
Zakir Həsənov Moskvada səfərdədir
Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
DTX nazir müavinini belə tutdu - VİDEO
Kürdəmirin mədəniyyət "ŞEFİ" hər ay 9500 manat verirmiş? - İTTİHAM