İsrail mediası bu ölkədə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudinin Tel-Əviv Yafoda müstəqil Azərbaycan dövlətinə dəstək və Ermənistanın təcavüzünə etiraz məqsədilə keçirdiyi 9 avqust 2020-ci il tarixli aksiyasını işıqlandırmaqda davam edir.
Gündəlik Bakı xəbər verir ki, İsrailin ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri" proqramında yayımlanan süjetində, "The Jewish Press" informasiya agentliyinin "İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib" başlıqlı xəbərində bildirilib ki, 600 nəfərə yaxın Azərbaycan mənşəli yəhudi şəhər boyunca yürüşdən sonra erməni mədəniyyət mərkəzinin və erməni kilsəsinin önündə nümayişə toplaşıb. Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədini artilleriya atəşinə tutması, 12 hərbi qulluqçunun və 76 yaşlı mülki şəxsin həlak olması xəbərindən hiddətləndiklərini bildiriblər. Onlar Ermənistanın Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu uzun illərdir işğalda saxlamasına kəskin etirazlarını ifadə ediblər.
Tədbirdə ravvin Şmuel Siman Tov, siyasi analitik Arye Qut, "İsraildə Azərbaycan evi"nin rəhbəri Şirin Nexamiya Mixaeli və başqalarının çıxış etdikləri, İsrailin mültikulturalizmin, tolerantlığın hökm sürdüyü Azərbaycanla həmrəy olduğunu bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdıqları vurğulanıb. Onlar faşist əlaltısı olan Qaregin Njde kimilərinə heykəl ucaltmaqla Holokost qurbanlarının xatirəsini təhqir edən Ermənistanın iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyini bəyan ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yəhudi əsilli azərbaycanlıların da həlak olduğu faktını xatırladan natiqlər Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistanın işğalından azad edilməsini, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına qaytarılmasını tələb ediblər.
Qeyd edək ki, ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri" proqramının 13.33-cü dəqiqəsindən başlayaraq göstərilən süjetdə Tel-Əviv Yafoda keçirilmiş aksiya, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları barədə ətraflı məlumat verilib, eləcə də Tovuz rayon sakinlərinin fikirlərinə yer verilib.
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
14
avqust
15:41

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Yəhudilər Məscidi Əqsaya hücum edib
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Daha bir erməni əsgər öldü
Azərbaycanlılar rahat yatsın, İsrail buna yol verməz - Diplomat
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
DTX məlumat yaydı
PKK-nın xüsusi təyinatlıları Qarabağa göndərildi - TƏFƏRRÜAT
ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı
İsrailin baş naziri karantinə alındı
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Rəsul Quliyevin işğalçı Ermənistan spikeri ilə birgə görüntüləri yayıldı...- FOTOLAR
“Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə münaqişədədir”
İsrail tankları Qəzza zolağına zərbələr endirdi
Düşmənimizin İsraildə səfirliyi rəsmən fəaliyyətə başladı
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
İsraildə sabahdan məktəblər bağlanır
İsrail xarici dövlətlərə marixuana satacaq
“Suriyaya 450 hərbçisini göndərməsi İrəvana ağır başa gəlməlidir” - GƏLİŞMƏ
"Əgər hadisələr cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbiçiləri istənilən hədəfi nişan alacaqlar"
Azərbaycan Ermənistanın iki zabitini beynəlxalq axtarışa verdi
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Meksikada Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatından danışıldı
Xankəndində azərbaycanlılara qarşı törədilən terrordan 32 il ötür
"Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir” - Ceyhun Bayramov
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
Ermənistan ordusunun əsgəri fərarilik edib
Bunu bağışlayın, siyasətdən gedim - Netanyahu
Azərbaycanda dərslikdə bağışlanmaz səhv - Video
XİN ordumuzun şəhid verməsi ilə bağlı açıqlama yaydı
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
- Yaşlanmanın qarşısını alan təbii yağlar - SİYAHI
- Lənkəranda narkotikə görə 14 nəfər saxlanıldı
- Rusiyadan 400 min könüllü əsgər həmləsi
- İran Yunanıstanla bağlı iddiaları rədd etdi
- Ukrayna Rusiyanın itkilərini açıqladı
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı
- Ronaldo kapitan olmaq istədiyinə görə mübahisələr yaranıbmış
- Prezidentdən Zaur Mikayılovla bağlı SƏRƏNCAM
- “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi
- Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı
- Ekspertin ifadəsində ziddiyyətli hallar ortaya çıxdı - "Nərmin işi"
- Bakı-Qazax yolunda toz burulğanı sürücüləri çətin vəziyyətə saldı - VİDEO
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü