Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahimlə görüşdü
14-08-2020, 15:52
279

Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahimlə görüşdü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və İxtisaslaşmış Müalicə Müəssisəsinə Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
Gündəlik Bakı xəbər verir ki, başçəkmələr BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmaqla, saxlanılma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyətinin yerində araşdırılması məqsədini daşıyıb.
Bakı İstintaq Təcridxanasına başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Fərid Abadov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev konfidensial qaydada qəbul olunub və onların müraciətləri dinlənilib.
İxtisaslaşmış Müalicə Müəssisəsinə başçəkmə çərçivəsində isə burada saxlanılan Mehdi İbrahimov, Nicad İbrahim, Nicat Əlizadə, Məhəmməd İmanlı və Vüqar Vəliyev də konfidensial qaydada qəbul olunub, müraciətləri dinlənilib.
Qəbullar zamanı adıçəkilən təqsirləndirilən şəxslər müəssisədə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyiblər. Barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib.
Qəbul edilmiş şəxslərdən yalnız Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib.
Qeyd olunmalıdır ki, tövsiyə əsasında müəssisədə tibbi xidmətin əlçatanlığı təmin edilməklə 24 saat ərzində həkim nəzarəti təşkil olunub, psixoloq konsultasiyaları da aparılır.
Görüş keçirilmiş şəxslərə hüquqları və müvafiq qanunvericiliyin tələbləri izah edilib.
Başçəkmələr zamanı saxlama şəraiti  ilə bağlı bəzi əlavə məsələlər və onların təminatı adı çəkilən müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb. Habelə Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Oxşar xəbərlər

Ombudsmanın nümayəndələri həbsdə olan AXCP üzvlərinə baş çəkib
Ombudsman Aparatı: Səbinə Əliyeva öz fəaliyyətini davam etdirir
Ombudsman 82 min manata avtomobil aldı
Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdü
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
Elvin İsayevin məhkəməsi başlayır
Ombudsmandan 82 minlik avtomobillə bağlı – Rəsmi açıqlama
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu
Uşaq hüquqları aylığına start verilir
Cəzaçəkmə müəssisəsinə çörəyin içində narkotik keçirməyə cəhd edildi
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Deputat açıqladı: “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər”
Qonşu qızını təhqir etdi, qardaşı onun qanını tökdü - Bakıda olay
“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb
Milli Məclisin payız sessiyası başlayır
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Milli Məclisin yeni fəaliyyət istiqaməti müəyyənləşir
DTX generalı belə saxlayıb - VİDEO
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Bu şəxs Bakıya maşının “baqaj”ında girməyə cəhd etdi - FOTOLAR
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
Prokuror və təhqiqatçılara əlavə səlahiyyət verildi – DETALLAR
Belarus müxalifətinin üzvləri İstintaq komitəsinə aparılır - VİDEO
Bakı-Rostov yolunda boru partladı - Fəhlə öldü