Terrorçuların rəhbəri Arutyunyanın Gəncə təhdidi - Nə qədər real görünür?..
14-08-2020, 16:10
405

Terrorçuların rəhbəri Arutyunyanın Gəncə təhdidi - Nə qədər real görünür?..

“Aydındır ki, Türkiyənin-Azərbaycanla təlimləri Moskvaya mesajdır. Çünki Moskva Suriyada və Liviyada Türkiyənin marağında olan ərazilərdə kifayət qədər aktivləşib”.
Bu sözləri hərbi ekspert Azad İsazadə qondarma cinayətkar rejimin başçısı Arayik Arutyunyan Azərbaycanı təhdid etməsini PİA.az-a şərh edərkən qeyd edib.
Qondarma cinayətkar rejimin başçısı Arayik Arutyunyan Azərbaycanı təhdid edərək bildirib ki, əgər Xankəndinə bir bomba atılsa, Gəncəni atəşə tutacaqlar. Azərbaycanın havadan müdafiə sistemi ermənilərin şəhərlərimizə etdikləri təhdidlərin qarşısını almaq üçün yetərli imkanlara sahibdirmi?
Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Azad İsazadə ilə müzakirə edib.

Azad İsazadə: “Xankəndinin Gəncəyə zərbə vurmağa imkanı yoxdur. Əgər Xankəndindən Gəncəyə zərbə vurulsa, bu zərbəni qondarma Dağlıq Qarabağın deyil, Ermənistanın ordusu vuracaq”.
Rusiyanın Ermənistana peşkəş etdiyi “İsgəndər” raketləri ilə Gəncəni vurulmasını mümkün hesab edən hərbi ekspert Gündəlik Bakıya açıqlamasıında bildirib ki, Azərbaycan bütün bu istiqamətləri havadan bağlayıb və istənilən zərbəni də məhv etməyə hazırdır:
Azərbaycanın müdafiə sistemi elə qurulub ki, biz istənilən nöqtələri, yəni strateji obyektləri, şəhərləri müdafiə edə bilərik.
Qeyd edim ki, Azərbaycanın Xankəndinə bomba atmaq fikri də yoxdur. Aydındır ki, Xankəndində mülki əhali yaşayır və Azərbaycan ora atəş açsa, mülki əhaliyə ziyan vurmuş olacaq. Lakin Azərbaycan Ermənistandan fərqli olaraq müharibə qanunlarına riayət edir və zərurət yarananda mülki əhaliyə deyil, səngərlərə atəş atacaq. Ona görə də Arayik Arutyunyanın səsləndirdiyi bu fikirlər təbliğat xarakterlidir və erməni əhakini sakitləşdirməyə yönəlib.

Ümumiyyətlə Xankəndinin Gəncəyə zərbə vurmağa imkanı yoxdur. Əgər Xankəndindən Gəncəyə zərbə vurulsa, bu zərbəni qondarma rejim deyil, Ermənistanın ordusu vuracaq. Yəni, Ermənistanda olan raketləri Xankəndinə apara bilərlər. Ya da elə Ermənistan ərazisində Gəncəyə atəş aça bilərlər. Bu zərbələr isə Rusiyanın Ermənistana peşkəş etdiyi “İsgəndər” raketləri ilə vurula bilər.
Lakin Azərbaycan bütün bu istiqamətləri havadan bağlayıb və Havadan Müdafi sistemimiz istənilən zərbəni dəf etməyə həmişə hazırdır”.
Azad İsazadə: “Rusiya Suriya və Livanda açıq şəkildə mübarizə apardığını görə, Türkiyə də açıq şəkildə Azərbaycanı müdafiə etməyə başladı”.
Eyni zamanda hərbi ekspert Türkiyə-Azərbaycan təlimlərinə də münasibət bildirib. Xəbər verdiyimiz kimi dünən Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərdə oldular və Türkiyə-Azərbaycan ordusunun təlimlərinin birinci mərhələsinin son epizodunu izlədilər.
Bu dəfəki təlimlərin bu qədər önəmli olması nələrdən xəbər verir sualına cavab olaraq ekspert bildirib ki, Türkiyənin-Azərbaycanla təlimləri Moskvaya mesajdır:
“Bu dəfəki Azərbaycan-Türkiyə ordusunun təlimləri doğrudan da çoxmərtəbəli və genişmiqyaslı keçirildi. Türkiyə həmişə Azərbaycanı dəstəkləyib. Amma ilk dəfədir ki, Türkiyə ordusu tam gücü ilə Ermənistana göstərməyə hazır olduğunu bəyan etdi.

Türkiyə Cənubi Qafqaza və müttəfiqi Azərbaycana kifayət qədər kömək etməyə və ordusu ilə kömək etməyə hazırlığın elan edib. Aydındır ki, Türkiyənin-Azərbaycanla təlimləri Moskvaya mesajdır. Çünki Moskva Suriyada və Liviyada Türkiyənin marağında olan ərazilərdə kifayət qədər aktivləşib. Əvvəllər Türkiyəni açıq şəkildə Azərbaycanın tərəfindən çıxış etməyə Rusiya qoymurdu. İndi isə Rusiya Suriya və Livanda açıq şəkildə mübarizə apardığını görə, Türkiyə də açıq şəkildə Azərbaycanı müdafiə etməyə başladı”.
Nərminə UMUDLU

Oxşar xəbərlər

İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Azərbaycanlılar rahat yatsın, İsrail buna yol verməz - Diplomat
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA
Ermənilər Bərdənin 60 kilometrliyindədə daha 500 mənzil tikməyi planlaşdırır...- FOTOLAR
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Akar:"Bu təlimlər bütün dünyaya bir mesajdır"
Hərbi ekspert: “SpaceX” Rusiyaya qarşı silah hazırlayıb”
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
Pakistandan Ermənistana: Dərhal Qarabağdan geri çəkil...
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
Pandemiyanın yaratdığı fürsət: “Separatçılar zərərsizləşdirilə bilər”
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
"Bizim tərəfdən atılan addımlar  mövqeyimizin bərkidilməsinə hesablanıb"
Kəlbəcər və Laçın qaytarılır? – 4 il əvvəlki sazişin icrası niyə yarım qalıb?
Moskvaya müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq... - TƏHLİL
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
AŞPA Qarabağı, işgəncə altında olan girovları unudur, kin yuvasına çevrilir
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Azərbaycan Naxçıvanda yüksək dəqiqlikli yeni raket sistemləri yerləşdirib - DÜŞMƏNİ GÜDƏN “PƏLƏNG”
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ