"Qızılağac", "Yeni Dünya" və "Lanur" şadlıq saraylarında QANUNSUZLUQ
20-07-2021, 11:10
243

"Qızılağac", "Yeni Dünya" və "Lanur" şadlıq saraylarında QANUNSUZLUQ

Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallıda Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında keçirilən toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Həmin obyektlərin sahibləri və mərasim təşkilatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb. Belə ki, “Lanur” şadlıq sarayında keçiriən toy mərasimində icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı 4000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.
Bundan əlavə rayon ərazisində yerləşən “Qızılağac” şadlıq sarayında və “Yeni Dünya” restoranında aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi müəyyən olunub. Yol verilən qayda pozuntuları ilə bağlı obyektlərin sahibləri və toy təşkilatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər

Mingəçevirdə şadlıq sarayının sahibinə cinayət işi açıldı - VİDEO
“Ay ulduz”, “Kral” və "Nəqşicahan" şadlıq saraylarında QANUNSUZLUQ
Salyanda pandemiya qaydalarını pozan beş şadlıq sarayı aşkarlandı
“Samirə”, “Ağ saray” və “Ay işığı” restoranları CƏRİMƏLƏNDİ - FOTO
Bu şadlıq saraylarında karantin qaydaları POZULDU - FOTO
Şamaxıda restoran sahibləri cərimələndi
Bakıda 12 şadlıq sarayı barəsində cinayət işi başlanıldı (VİDEO)
Məclisə 190 nəfər çağıran toy sahibi cərimələndi
Sumqayıtda şadlıq evinin sahibinə cinayət işi açıldı
Biləsuvarda idman zalı işlədən və orada məşq edənlər cərimələndi
Restoran sahibi toy məclisinə görə 5 min manat cərimələndi
Arif Qasımova məxsus restoranın inzibatçısı HƏBS EDİLDİ
Masallıda toy edənlər cərimələndi
“El-Pera” restoranında toy keçirənlər cərimələndi
Daha bir restoran sahibi CƏRİMƏLƏNDİ
Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq edildi
Toy məclislərinin iştirakçıları cərimələndi
300 nəfərlik toy edən restoranla bağlı cinayət işi başlandı
Samuxda mərasimlərin keçirilməsinin qarşısı alınıb
Polis gizli toy keçirənlərə “toy tutdu”
Masallıda iki idman zalında karantin qaydaları pozuldu
Polis toya gələnlərin hərəsini 200 manat cərimələdi
Toylarda hansı qayda pozuntularına yol verilir? - RƏSMİ
Hadı Rəcəblinin obyektlərində reyd keçirildi: Saxlanılanlar var
Evdə toy edənlər cərimələndi
Yevlaxda toy məclisi keçirənlər cərimələndi
AQTA bu şadlıq sarayını cərimələdi
Qaxda karantin qaydalarını pozan oyun zalı aşkar edilib
Karantini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi