Tufandağda alpinistlərin xatirəsinə qoyulan bürünc lövhə oğurlandı - FOTO
21-07-2021, 10:37
38

Tufandağda alpinistlərin xatirəsinə qoyulan bürünc lövhə oğurlandı - FOTO

Bir neçə il öncə Tufandağdakı qar uçqununda həlak olmuş alpinistlərimiz Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatovun xatirəsinə quraşdırılmış lövhə oğurlanıb.
Bu barədə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvü Ramin Hüseynzadə bildirib:
"Bu gün xəbər tutdum ki, Tufandağın şimal ətəyindəki Mahmuddərə ərazisində qayaya vurulmuş həmin lövhə ordan oğurlanıb. Bu xəbər mənə çox pis təsir etdi, cəmiyətimizdə ölülərə, qəbirlərə, xatirə yerlərinə, abidələr həmişə hörmət vardı, lövhəni quraşdıranda bu cür barbarlıqla rastlaşa biləcəyimizi ağlımıza belə gətirmədik. Bu gün bu inam sarsıldı, təəssüf ki.
Lövhə bürüncdən hazırlanmışdı, çox güman ki, metal yığan məntəqələrə satılıb və ya satılacaq. Tapılsa, onu metal məntəqədən pulu ilə alıb yenidən yerinə quraşdırmaq istərdik. Xahiş edirəm bu məlumatı yayın ki, bunu edən şəxs görüb utansın və lövhə tapılıb yerinə qaytarılsın”.
R.Hüseynzadənin sözlərinə görə, lövhə quraşdırılan ərazi əlçatmaz bir yer deyil: "Milli parkın ərazisidir, orda çoban yataqları da var, alpinist və dağ turistlərinin getdiyi yolların üstüdür".
Xatırladaq ki, 2017-ci il dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatov  Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Qar uçqununa düşən alpinistlərin nəşi uzunmüddətli axtarışlardan sonra tapılaraq dəfn edilmişdi.

Oxşar xəbərlər

Laçının lövhəsi Güləbird kəndində yerləşdirildi
Gorus-Qafan yolundakı lövhə bərpa edildi
Düşmən texnikalarının nömrələrindən ibarət nəhəng lövhə - Fotolar
Şükür Həmidovun şəhid olduğu yerə lövhə qoyuldu - FOTO
Laçının girişinə yeni lövhə vuruldu (FOTO)
“Azərbaycana xoş gəlmisiniz” lövhəsi erməniləri şoka saldı
“Bu lövhə erməni fərariliyinin təzahürüdür” - Prezident
Moskvada Müslüm Maqomayevin abidəsini təhqir edənlər tapıldı
Bu da son: Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökür – FOTO
İşğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən lövhələr quraşdırılır - VİDEO
Şurnux kəndinə Azərbaycana aid olan lövhə yerləşdirildi
2783 m hündürlükdə şəhidlərin şərəfinə lövhə - FOTO
İlham Əliyev erməni dilində olan lövhəni belə sökdürdü - Video
Bakıda şəhid bulağını görün necə "TƏMİR ETDİLƏR" - FOTOLAR
Zəngilanın tarixi adı yeni lövhədə - FOTO
Ermənistanda yol kənarında şəhərlərimizin adları olan lövhə quraşdırılıb
Erməni ər arvadını hədələdi: “Səni də, türkləri də güllələyəcəm” – Şurnuxdan maraqlı video
"Azərsun”un yük maşını Ukraynada yenə yoxa çıxdı – 20 ton yağ oğurlandı
"Azərxalça" ASC-nin tender "ilməsi" - 110 min manat nəyə xərclənib?
Məhəbbət Vəliyeva: "Məktəbin işi valideyni yalnız iclasa çağırmaqla bitməməlidir"
"Beynəlxalq Bankın xidməti bərbad vəziyyətdədir”
Bakıda başına dəmir lövhə düşən qadının ölməsi ilə bağlı cinayət işi başlandı
Paşinyanın kabinetindən əşyaları oğurlandı
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi - FOTO
BNA "sevimli" şirkətinə 500 min manatlıq tender verdi
Polad Həşimovun adı küçəyə verildi - FOTO
İran fars məscidi kimi təqdim etdiyi “Gövhər Ağa” haqda fərqli açıqlama
Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi - FOTOLAR
Şəhidlərə aid lövhələri kimlər söküb? - Açıqlama
Sevdanın səhifəsi oğurlandı - FOTO