"Zəngəzur dəhlizi"nin açılması Ermənistana hava-su kimi lazımdır" - RƏY
22-07-2021, 10:28
125

"Zəngəzur dəhlizi"nin açılması Ermənistana hava-su kimi lazımdır" - RƏY

“Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş olduqca məhsuldar keçdi. Görüşdə ikitərəfli münasibətlərin, regional məsələlərin geniş aspektdə fikir mübadiləsi aparıldı”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.
Onun sözlərinə görə, görüşdə iki ölkənin iqtisadi əlaqələrinin bu günü və perspektivləri, pandemiya ilə mübarizə və əməkdaşlıq məsələləri diqqətdə olub: “Səfərin mərkəzi hadisəsi postmüharibə dövrünün reallıqları və bu kontekstdə tərəflərin ortaq mövqeyi idi. Postmüharibə dövrü ilə bağlı həm Azərbaycan, həm də Rusiya prezidentinin ortaq mövqedən çıxış etdiyi bir daha təsdiqini tapdı. Görüşdə regionda məhz əməkdaşlıq mühitinin formalaşması, eləcə də Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması, həm də bu nöqteyi-nəzərdən kommunikasiyaların bərpası ətrafında fikir irəli sürüldü”.
Elman Nəsirov
Elman Nəsirov
E.Nəsirov bildirib ki, görüşdə "Zəngəzur dəhlizi"nin açılması məsələsində də hər iki tərəfin eyni yanaşmadan çıxış etməsi öz təsdiqini tapdı: “Təbii ki, bu məsələdə tək Rusiya deyil, həmçinin İran, Türkiyə və Gürcüstan da bizi dəstəkləyir. Belə olan vəziyyətdə hər şey Ermənistanın davranışından asılıdır. Çünki Ermənistan üçün "Zəngəzur dəhlizi"nin açılması ona hava-su kimi lazımdır. Bu, onun blokadan çıxması, eləcə də İran və Rusiya ilə Azərbaycan ərazisindən keçməklə dəmiryolu və avtomobil xətlərinin açılması deməkdir. Bu da Ermənistan üçün olduqa vacib məsələyə çevrilib. Hesab edirəm ki, danışıqlar prosesində Azərbaycan tərəfinin irəli sürdüyü məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz sülh müqaviləsini imzalamağa hazırıq. Lakin Ermənistan tərəfindən bu istiqamətdə müsbət addım görmürük”.
“Rusiya Prezidenti görüşdə hər iki tərəfin müharibədən sonra kompromisə hazırlığının vacibliyini irəli sürdü. Azərbaycan bir məsələdə güzəştə gedə bilər. Ölkəmiz humanizm prinsiplərindən çıxış edərək bir neçə dəfə erməni diversantları ölkəsinə təhvil verib. Azərbaycan bu istiqamətdə növbəti addımlar ata bilər. Yəni hər şey Ermənistanın bundan sonrakı davranışlarından asılıdır. Vladimir Putin qeyd edir ki, Azərbaycan tərəfi əməkdaşlığa hazırdır və qarşı tərəf də anoloji addımlar atmalıdır. Bu kontekstdən 10 noyabr və 11 yanvar sənədləri tam şəkildə icra olunmalıdır”, - deputat vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan və Rusiya prezidentlərinin əsas müzakirə edəcəyi mövzular açıqlandı
Sahibə Qafarova Şəntopla görüşdü
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü
Sahibə Qafarova Türkiyə səfiri ilə görüşdü
Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfər etdi
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir
İranla sərhəddə elektrik stansiyası tikiləcək
Sahibə Qafarova Macarıstan-Azərbaycan parlament dostluq qrupu ilə görüşüb
Azərbaycanla Pakistan arasında saziş imzalandı
"Azərbaycan siyasi müstəvidə də uğur qazanıb" - Ceyhun Bayramov
Sabah Putinlə Lukaşenko arasında görüş olacaq
Tixanovskaya Putinə müraciət etdi
Azərbaycanla Monqolustan arasında ilk siyasi məsləhətləşmələr - RƏSMİ
Azərbaycan və İran razılığa gəldi
Paşinyan Rusiyaya buna görə gedirmiş
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı - YENİLƏNİB-1 - VİDEO
Sahibə Qafarova italiyalı nazirlə görüşdü - FOTO
Paşinyan Rusiyaya getdi
Milli Məclisin Mədəniyyət komitəsində Türkiyə səfiri ilə görüş olub
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib - FOTO
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
“Ərdoğan Putindən müsbət cavab alıb” - Politoloq
Ceyhun Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü - FOTO
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü
Sahibə Qafarova Pakistana gedəcək
Sahibə Qafarova Misir səfiri ilə görüşdü
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb